Təhsil 365 - Logo Mobile

Xalça Muzeyində “Kəlağayının yeni tarixi” layihəsi təqdim olunub

10326.11.2025 - 05:22
Xalça Muzeyində “Kəlağayının yeni tarixi” layihəsi təqdim olunub

Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının yeni tarixi” layihəsinin təqdimatı keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunub.

Açılışda çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, kəlağayı sənətinin qorunmasını həmişə özünün mənəvi borcu hesab edib. Onun sözlərinə görə, kəlağayı tətbiqi sənətin ən qədim növlərindən biri olaraq ev sənətkarlığı ənənəsi olmaqla yanaşı, həm də dərin fəlsəfi məna daşıyan bir irsdir. O vurğulayıb ki, muzeyin fondlarında bu sənətin nadir nümunələri uzun illərdir xüsusi qayğı ilə qorunur. Ə.Məlikova, həmçinin kəlağayının Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən, onun rəmzi məzmunundan və milli kimliyin formalaşmasında oynadığı roldan bəhs edib.

İncəsənətşünaslıq üzrə doktor, professor Kübra Əliyeva kəlağayının mədəni və estetik dəyərini, onun müxtəlif növlərini, kolorit xüsusiyyətlərini, ornamental sistemini və bədii üslubunu qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, kəlağayı Azərbaycan qadınının xarakterini, onun daxili mahiyyətini, həyatımızdakı rolunu və yerini, eləcə də gələcəyə yönəlmiş baxışını əks etdirir. Onun sözlərinə görə, kəlağayının yaradıcıları adətən kişilər olub və bu fakt Azərbaycan kişisinin Azərbaycan qadınına münasibətinin simvolik ifadəsidir. Sənətkarlar qadını kəlağayının özünə bənzər bir dəyər kimi təsəvvür edirdilər, yəni zərif və incə, təbiətin rəng çalarlarından doğan çoxrəngli görünüşə malik, solmayan gözəlliyə sahib, müxtəlif mərasim və bayramların ruhuna uyğun şəkildə düşünülmüş bədii formaya malik bir varlıq kimi.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, incəsənətşünaslıq üzrə fəlsəfə doktoru, CİZGİ brendinin təsisçisi, dizayner Gülnarə Xəlilova təqdimata görə təşkilatçılara və qonaqlara səmimi təşəkkürünü bildirib, təqdim olunan kolleksiya haqqında məlumat verib və onun yaradılma prosesinin yaradıcılıq hekayəsini bölüşüb.

Qeyd edək ki, layihə çərçivəsində G.Xəlilovanın “İpəyin sehrı” adlı geyim kolleksiyası nümayiş olunub. Dizayner yeni kolleksiyasında kəlağayının dərin məna qatlarını müasir dəb dilinin incə estetikasına zərifliklə birləşdirərək ipəyin ən parlaq və poetik çalarlarını açıb göstərir. Bu libaslarda hər bir ornament, hər bir rəng keçidi kəlağayının qadın taleyi, mədəni yaddaş və milli kimliklə olan bağlılığını vurğulayır.

Təqdimatın sonunda tamaşaçılara Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından tarixi və müasir kəlağayı nümunələri nümayiş etdirilib, muzey əməkdaşları isə kəlağayı hazırlanması üzrə master-klas təqdim ediblər.

Nərmin Süleymanlı

News Feed

Azərbaycan Bayrağı REKORD QIRDI21.11.2025 - 07:00
Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07