Təhsil 365 - Logo Mobile

EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub

10526.11.2025 - 14:00
EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Avropa və Atlantik məkanında fəaliyyət göstərən Azərbaycan təşkilatlarının informasiya mühitindəki roluna görə Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə təltif etdiyi jurnalistlərə mükafatlar təqdim edib.

"Tehsil365” xəbər verir ki, təqdimetmə mərasimində təşkilat rəsmiləri, Milli Məclisin deputatları və jurnalistlər iştirak ediblər.

Çıxış edən EAPCA-nın Baş katibi Sahil Qasımov təşkilatın fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra təqdimetmə mərasimi baş tutub.

Tədbir çərçivəsində jurnalistlərə Şuranın "Şərəf Medalı" və "Honorary Diploma" təqdim olunub. Bildirilib ki, bu yüksək mükafat onların həm ölkə daxilində, həm də beynəlxalq informasiya müstəvisində jurnalistikanın inkişafına verdikləri mühüm töhfəyə görə təqdim olunub.

Mərasimdə "Report İnformasiya Agentliyi" MMC-nin direktoru Fuad Hüseynəliyevə "Şərəf Medalı" təqdim edilib.

Aşağıdakı jurnalistlər isə "Honorary Diploma" ilə təltif olunublar:

1. Aygün Həsənova – Azərbaycan Respublikasının Əməkdar jurnalisti

2. Elman Mustafazadə – "Xudafərin körpüsü" jurnalının rəhbəri (Niderland Krallığı)

3. Elnaz Ağaxan – Sərbəst jurnalist (Niderland Krallığı)

4. Elşən Şahbalayev – AZƏRTAC-ın informasiya resursları redaksiyasının baş redaktoru

5. Elzar Ağayev – AzTV-nin Şərqi Avropa üzrə müxbiri (Belçika)

6. Murad Əliyev – YURD.MEDİA saytının baş redaktoru

7. Sabina Ağayeva – REAL TV-nin baş redaktoru

8. Seyfulla Türksov – "İpək yolu Strateji Araşdırmalar Mərkəzi"nin rəhbəri, jurnalist-yazar

9. Şahin Abbasov – ATV-nin Almaniya üzrə müxbiri

10. Vasif Həsənli – Demokrat.az saytının rəhbəri

11. Vüqar Abbasov – Sərbəst jurnalist, "Connect" təşkilatının sədri (Niderland Krallığı)

12. Vüqar Seyidov – AZƏRTAC-ın xüsusi müxbiri (Macarıstan)

13. Xətirə Sərdarqızı – REAL TV-nin Avropa üzrə müxbiri

14. Yusif Babanlı – AZƏRTAC-ın xüsusi müxbiri (ABŞ)

15. Zamiq Yunisov – İnterval.azVIPHD.az saytlarının rəhbəri

Qeyd edək ki, EAPCA 2024-cü il fevralın 25-də Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyində təsis edilib.

EAPCA Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən transmilli lobbiçilik və tərəfdaşlıq platformasıdır.

Təşkilat beynəlxalq müstəvidə BMT, Avropa Parlamenti, UNESCO, ATƏT-in Varşava ofisi, Cenevrə və digər Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir. EAPCA-nın baş katibi Sahil Qasımov BMT və UNESCO tribunalarından çıxışlar edir. İdarə Heyətinin üzvləri isə Belçika, Lüksemburq, Niderland, İspaniya, Finlandiya, Türkiyə və digər ölkələrin rəsmi qurumları ilə əməkdaşlıq edirlər.

Elnarə Həmidli

News Feed

Azərbaycan Bayrağı REKORD QIRDI21.11.2025 - 07:00
Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07