Təhsil 365 - Logo Mobile

"Dilimizin saflığını qorumaq milli kimliyimizi qorumaq deməkdir"

10427.11.2025 - 12:00
"Dilimizin saflığını qorumaq milli kimliyimizi qorumaq deməkdir"

Həyatımız bu gün geniş,qlobal proseslərlə təmasda keçir.Belə bir reallıqda Azərbaycan dili qloballaşan dünyanın sıxışdırılan deyil,söz sahibi olan dillərindən biri olmaq haqqına malikdir.Dilin qorunması,inkişafı,lüğət tərkibinin zənginləşməsi həm də qalib millət olmağımızın nəticəsi və göstəricisidir.Dil millətin köküdür,toplumu millət edən başlıca amillərdən biridir.Dilimizin saflığını qorumaq milli kimliyimizi,bir millət olaraq yaşama haqqımızı qorumaq deməkdir.

“Tehsil365” xəbər verir ki bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan bildirib.

Onun sözlərinə görə, ədəbiyyat yaddaşı olan dilin əsasında formalaşsa daha gözəl və üstün nəticələr verər: “Ədəbiyyat, eyni zamanda dilin lüğət tərkibini zənginləşdirməlidir. Bunu da, təbii ki, ədəbiyyatı yaradanlar - yazıçılar etməlidir.

Azər Turan xatırladıb ki, sovet dövründə bunu Azərbaycanda ən çox edən şairlərdən biri Rəsul Rza olub: “Bu gün Azərbaycan dilinin lüğət tərkibinə Rəsul Rzanın poeziyasından keçmiş sözlər kifayət qədərdir. Məsələn “göydələn”, “ötəri” və başqaları. Eləcə də bu gün artıq ümumişlək olan “çimərlik” sözü dilimizə Xəlil Rzanın yadigarıdır. Hər şair, hər yazıçı dil fondumuza milli kökü və yaddaşı olan, səslənərkən narahatlıq yaratmayan, dilimizin arxitekturasını pozmayan, xələl gətirməyən bir-iki söz əlavə etsə, onun faydasını hər yerdə hiss edərik”.

Onun sözlərinə görə, dilin mühafizəsi üçün millətin müstəqil olması vacib şərtdir. Lakin Azərbaycan dili təkcə sovet hakimiyyəti dönəmində deyil, ondan əvvəl - Rusiya imperiyasının tərkibində olduğumuz dövrdə də ciddi təzyiqlərlə üzləşib: “O zamanlar dilimizi ədəbiyyat qorudu. Bu mənada, ən böyük xidməti Molla Pənah Vaqif göstərib. Vaqif bunu vəzir kimi yox, şair kimi edib. Saray dili farsca idi. Xalq isə Vaqifin şeirlərini oxuyub öz milli və həm də estetik meyarlarını müəyyənləşdirdi”.

Azər Turan bildirib ki, ədəbiyyat adamları hər dövrdə zamana uyğun sözlər yaratmaqla dilin lüğət tərkibini zənginləşdirməlidir: “Xalqın içindən gələn söz dilə, adətən, təzyiqlə qəbul etdirilən sözlərdən daha tez yatır, tez yayılır və ümumişlək olur”.

O,vurğulayıb ki, Türk Dövlətləri Birliyinin reallaşdığı bir mərhələdə türk dillərinin də qovuşmasına, bir-birinə yaxınlaşmasına ehtiyac var: “Azərbaycanda dilimizin saflığını daha məsuliyyətlə qorumalıyıq, çünki bu, həm də bütün türkləri birləşdirən amildir”.

Yazıçı qarşıdan gələn Türkoloji Qurultayın 100 illiyi ilə bağlı maraqlı bir tarixi faktı da xatırladıb: “Həmin qurultayda çıxış edən özbək alimi Qazi Alimcan deyirdi ki, azəri türk şairi Sabiri Türküstanın hər yerində oxuyurlar, anlayırlar, zövq alırlar. Demək, xalqa yaxınlaşdıqca anlaşma imkanı da artır. Bu halda ümumi ədəbi dildə həmlənin aşağıdan gəlməsi ehtimalı böyükdür. Dilin özü birləşməyi və yaxınlaşmağı təmin edir. Buna heç bir kimsə mane ola bilməz’”.

O,həmçinin Xətaiyə yönələn əsassız yanaşmalara da münasibət bildirib: “Bu gün Azərbaycanda bəziləri onların arasında yazıçılar da, siyasətşünaslar da var – Xətai haqqında istədikləri tərzdə danışırlar. Halbuki dil məsələsi baxımından Azərbaycan dili, xüsusən də Azərbaycan ədəbi dili geniş mənada Xətaiyə borcludur. Bəkir Çobanzadə yazırdı ki, XVI əsr Azərbaycan türkcəsi ədəbiyyatının bədii yüksəkliyi, vertikalı Füzuli ilə ölçülürsə, bu dilin içindəki bədii və lisani komponentlərin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur. Çobanzadəyə görə, Xətai Azərbaycan türk dilini daha geniş və zəngin şəkildə şeirlərində işlədən və bu dilin dialekt xüsusiyyətlərini əks etdirən birinci şairdir. Deməli, Xətainin irsini qorumaqla dilimizi də qorumuş oluruq”.

Azər Turan bildirib ki, ədəbiyyat dillə bağlı bu missiyanı başqa tarixi dövrlərdə də yerinə yetirib. Şah dövrü İranında panfarsizm təbliğatçıları Azərbaycan dilinə “dönmə dil” deyəndə, Əhməd Kəsrəvilər dilimizi hədəfə alanda, Azərbaycanın cənubunda ana dilinin ən böyük şairi Şəhriyar “Heydərbabaya salam”ı yazmaqla Azərbaycan türkcəsinə möhtəşəm abidə ucaltdı.

“Dil xalqın namusudur, əgər bu belədirsə, deməli, onu hamımız birlikdə qorumalıyıq. Təkcə sözləri yox, sözlərin harmoniyasını, dilin ahəngini, ritmini, daxili musiqisini də. Dilin saflığını qorumaq əslində millətin mənəvi saflığını qorumaqdır”, - deyə o əlavə edib.

Nərgiz Süleymanova

News Feed

Azərbaycan Bayrağı REKORD QIRDI21.11.2025 - 07:00
Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07