Təhsil 365 - Logo Mobile

Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub

10428.11.2025 - 10:55
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub

Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin 20 hekayəsindən ibarət “İnsanlığın yüksək dəyəri” adlı kitab Almaniyanın tanınmış “H.J. Maurer” nəşriyyatı tərəfindən çap olunub. Həmin 20 hekayədən 18-i ilk dəfə alman dilinə tərcümə edilib. Kitabda Mir Cəlalın humanizm, ictimai məsuliyyət və gündəlik həyatın mənəvi-əxlaqi çağrışları kimi fundamental mövzularda qələmə aldığı hekayələri toplanıb.

“Tehsil365” xəbər verir ki, noyabrın 27-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Əməkdar müəllim, professor Ədibə Paşayeva, Bundestaq üzvləri, diplomatlar, Almaniyanın bir sıra dövlət qurumlarının, elm, ədəbiyyat, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Mir Cəlal haqda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən hazırlanmış film nümayiş olunub.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev təqdimat mərasimində çıxış edərək, Mir Cəlalın seçilmiş əsərlərinin yer aldığı “İnsanlığın yüksək dəyəri” kitabının alman dilində işıq üzü görməsinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Layihə üzərində iki ilə yaxın müddətdə iş aparıldığını vurğulayan səfir bildirib ki, bu kitab görkəmli yazıçının ədəbi irsinin, o cümlədən Azərbaycan ədəbiyyatının humanist ruhunun beynəlxalq auditoriyaya, o cümlədən alman oxucusuna çatdırılması baxımından əlamətdar mədəni hadisədir. Diplomat, Mir Cəlal yaradıcılığının insanı bütün ziddiyyətləri, daxili axtarışları və mənəvi seçimləri ilə mərkəzə gətirən nadir ədəbi məktəblərdən birini formalaşdırdığını qeyd edib.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxışında Mir Cəlalın əsərlərinin alman dilinə tərcümə olunmasının iki ölkə və xalq arasında mədəni əlaqələrə və qarşılıqlı anlaşmaya töhfə verəcəyinə inandığını bildirib. Rektor səslənən musiqi nümunələri və səhnələşdirilən ədəbi parçaların mədəniyyətin millətlər və insanlar arasında körpü salan gücünü ən gözəl şəkildə nümayiş etdirdiyini bildirib.

Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının keçmiş rəhbəri, professor Eva-Maria Aux çıxışında Mir Cəlal yaradıcılığının mərkəzində insanın daxili aləmi, onun mənəvi bütövlüyü və xüsusilə də insanlıq anlayışının dayandığını vurğulayıb. Qeyd edib ki, onun yaradıcılığında fərdin müxtəlif vəziyyətlərdə davranışını müəyyən edən motivlərin incə fəlsəfi müşahidələrlə araşdırılması xüsusi yer tutur. Mir Cəlal üçün ailə, birlik və yaddaş kimi dəyərlər təkcə sosial struktur deyil, insanın varlığını və mənəvi dayanıqlılığını formalaşdıran əsas sütunlardır.

Professor bildirib ki, sovet dövrünün sərt nəzarət rejimi və bütün sahələrlə yanaşı, ədəbiyyat üzərində də total nəzarətin hökm sürdüyü, repressiyanın tüğyan etdiyi bir şəraitdə onun əsərlərində fərd kollektivin içində itib-batmış bir fiqur deyil, hər zaman öz mövqeyi, duyğuları və mənəvi məsuliyyəti olan varlıq kimi təqdim edilir. Bu isə sovet dövrünün hökmran ideoloji “kollektiv insan” modelinə açıq alternativ idi və Mir Cəlalı həm ədəbi, həm də intellektual cəsarətinə görə fərqləndirirdi. Natiq Mir Cəlalın əsərlərinin Azərbaycan tarixinin mürəkkəb inkişaf mərhələlərini anlamaq üçün qiymətli mənbə olmaqla yanaşı, milli kimliyin, milli şüurun formalaşmasında humanizmin əvəzsiz rolunu nümayiş etdirdiyini diqqətə çatdırıb.

Sonra “İnsanlığın yüksək dəyəri” kitabında yer alan hekayələrin bir hissəsinin səhnələşdirilmiş təqdimatı olub. Əsərlər Azərbaycan musiqisinin sədaları altında alman aktyorları Sara Maria Sander, Tamer Tahan və Elizabet Degen tərəfindən səsləndirilib. Musiqi nümunələri Almaniyada yaşayan tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub. Təqdimat tamaşaçıların böyük marağı və sürəkli alqışları ilə qarşılanıb.

Nərgiz Süleymanova

News Feed

Azərbaycan Bayrağı REKORD QIRDI21.11.2025 - 07:00
Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07