Təhsil 365 - Logo Mobile

Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

10529.11.2025 - 11:15
Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) yekunlarına əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) üzv dövlətləri planetin bütün sakinləri üçün rabitə əlçatanlığının təmin edilməsi üzrə qlobal yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəlib.

“Tehsil365”in "Report"a istinadən məlumatına görə, WTDC-25-də təsdiqlənən Bakı Fəaliyyət Planı, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan insanyönümlü rəqəmsal inkişafın əsasını formalaşdırır.

Sənəddə inkişaf etməkdə olan ölkələrin, kifayət qədər bağlantısı olmayan regionların və həssas əhali qruplarının ehtiyaclarına xüsusi diqqət yönəldilib.

WTDC-25-in əsas yekun sənədinə ITU-nun rəqəmsal inkişaf sahəsində gələcək işini müəyyən edən yenilənmiş və yeni qətnamələr, həmçinin ITU-nun Telekommunikasiya İnkişafı Sektoru (ITU-D) üçün tövsiyələr daxildir. Bundan əlavə, plan ITU-D regionlarında rəqəmsal inkişafın əsas problemlərini həll etməyə yönəlmiş yeni təşəbbüslərin başlanılmasını nəzərdə tutur və ekspert tədqiqat qruplarınun nəzərdən keçirəcəyi yenilənmiş mövzuları müəyyən edir.

ITU-nun Baş katibi Dorin Boqdan-Martin vurğulayıb ki, Bakı Bəyannaməsi və Fəaliyyət Planı "heç kimi diqqətdən kənarda qoymamaq" prinsipi əsasında insanyönümlü rəqəmsal inkişafa doğru yol xəritəsidir.

ITU-nun Telekommunikasiya İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava qeyd edib ki, WTDC-25-in Bakı Fəaliyyət Planında əks olunan nəticələri üzv dövlətlərin ehtiyaclarını, prioritetlərini və gözləntilərini əks etdirir:

"Onlar gələcəyə yönəlmiş və nəticəyönümlü rəqəmsal inkişaf gündəmini formalaşdırır. Plan ən az inkişaf etmiş ölkələrin, dənizə çıxışı olmayan dövlətlərin və inkişaf etməkdə olan kiçik ada dövlətlərin unikal tələblərini nəzərə alaraq, qalan rəqəmsal bölünmələrin azaldılması üçün addımlar müəyyənləşdirir. Biz hökumətlər və tənzimləyicilərlə əlverişli siyasət və normativ mühit yaratmaq üçün işləyərək, hiss olunacaq nəticələrə nail olmağı və rəqəmsal transformasiyanı sürətləndirməyi gözləyirik. Bu cür mühit sənaye və özəl sektora infrastruktur boşluqlarının aradan qaldırılması ilə bağlı səyləri daha fəal şəkildə maliyyələşdirməyə və dəstəkləməyə imkan verəcək, hamı üçün əhəmiyyətli və əlçatan bağlantı təmin edəcək".

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, Bakı üzv dövlətlər və tərəfdaşların növbəti dörd il ərzində ITU-nun inkişaf sahəsindəki fəaliyyətini müəyyən edəcək konkret nəticələr barədə razılığa gəldikləri bir məkana çevrilib.

"Tərəfdaşlarımızla birlikdə çalışaraq Azərbaycan bu qərarların formalaşmasına töhfə verib. COP29-un "Yaşıl Rəqəmsal Fəaliyyətlər" haqqında Bəyannaməsinə istinad daxil olmaqla Bakı Bəyannaməsinin qəbul edilməsi inklüziv və davamlı rəqəmsal gələcəyə olan ümumi sadiqliyimizi əks etdirir", - o vurğulayıb.

WTDC-25 çərçivəsində üç saziş də imzalanıb.

Birincisi - Asiya-Sakit okean regionunda milli "ağıllı kəndlər" və "ağıllı adalar" proqramlarının dayanıqlılığını artırmaq üçün ikiillik layihədir. O, Avstraliyanın İnfrastruktur, Nəqliyyat, Regional İnkişaf, Rabitə, İdman və İncəsənət Nazirliyi (DITRDCSA) ilə birgə həyata keçirilir. Bu layihə kənd və ucqar icmalarda rəqəmsal bacarıqların inkişafı və rəqəmsal xidmətlərə çıxışın genişləndirilməsi üzrə model olacaq. Layihə birbaşa yeddi ölkəyə və təxminən 3 min insana təsir edəcək.

İkincisi isə MDB regionunda potensialın və rəqəmsal bacarıqların inkişafı üzrə layihədir. Onun tərəfdaşı "Intersputnik" şirkətidir. Proqram peyk rabitəsi və yayım texnologiyaları sahəsində təxminən 300 mütəxəssisi əhatə edəcək.

Üçüncü saziş - gender-inklüziv rəqəmsal ticarətin inkişafına yönəlmiş yeni tərəfdaşlıqdır. Seneqalın Telekommunikasiya və Poçt Əlaqələri üzrə Tənzimləyici Orqanı ilə birgə həyata keçirilən layihə, tekstil sənayesində və qida emalında gənc qadın sahibkarların rəqəmsal və sosial bacarıqlarının artırılması vasitəsilə imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Aysel Paşayeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21