Təhsil 365 - Logo Mobile

Səfəvi imperiyasının Əhli-sünnə məzhəbli dövlət xadimləri"

11330.11.2025 - 17:05
Səfəvi imperiyasının Əhli-sünnə məzhəbli dövlət xadimləri"

Sünni məzhəbli Osmanlı, Xivə və Buxara dövlətlərində Şiə məzhəbindən olan şəxslərə yer verilmədiyi halda, Şiə məzhəbli Səfəvilər Sünni məzhəbindən olan şəxslərə Dövlət işlərində böyük vəzifələr vermişdi.

Səfəvi sarayında yaşamış Polyak əsilli yezuit və səyyah Judasz Tadeusz Krusinski "İran Seyahatnamesi" kitabında «Səfəvi İmperiyasının Sünni məzhəbli dövlət xadimləri və Səfəvilərin Qafqaz Sünnilərinə Xristianlardan qorunmaq üçün pul göndərməsi» haqqında geniş məlumat verir. Polyak Krusinski sarayda olan müddətdə Səfəvilərin Sünni Baş vəzirinin söhbətlərinə qatılaraq maraqlı qeydlər toplayır.

Səfəvi imperiyasının Sünni məzhəbli dövlət xadimlərinin bəziləri;

Fətəli xan Dağıstani - Səfəvi dövlətinin Etimadüd-dövləsi [Dövlətin etimadı], yəni Dövlətin ən üstün Böyük vəziri

[Qeyd: 'Etimadüd-dövlə' Səfəvi dövlətinin ən üstün vəzifəsi idi, Ordu və saray Səfəvi hökmdarından sonra birbaşa Etimadüd-dövləyə yəni Böyük Vəzirə bağlı idi, Sünni məzhəbli Fətəli xan Dağıstani Səfəvi dövlətinin 'Etimadüd-dövlə' vəzifəsinə layiq görülmüşdü]

Səfi xan Ləzgi - Çuxursəəd [İrəvan] bəylərbəyi

Lütfəli xan Dağıstani - Səfəvi ordusunun baş komandanı və Fars bəylərbəyi

Aslan xan Dağıstani -Kuhgiluyə və Astarabad bəylərbəyi

Həsənəli xan Dağıstani - Şirvan və Şamaxı bəylərbəyi

Məhəmmədəli xan - Səfəvi ordusunun baş komandanı və Çuxursəəd bəylərbəyi

Məhəmməd xan - Herat bəylərbəyi

Polyak Judasz Tadeusz Krusinski "İran Seyahatnamesi" kitabında Səfəvi dövlətinin Sünni məzhəbli Etimadüd-dövlə'si [Böyük vəziri] Fətəli xan Dağıstani haqqında belə yazır;

"Etimadüd-dövlə'nin [Fətəli xan Dağıstaninin] məktubları şahın yazı və fərmanlarından daha təsirlidir. Etimadüd-dövlə [Fətəli xan] Ləzgi olub, Sünni müsəlmandır və ləzgilər üzərində xüsusi imtiyaz sahibidir. Şirvan və İrəvan qalasına qədər olan yerlər qardaşının oğlunun [Həsənəli xan Dağıstaninin] ixtiyarında olduğundan, bu yerlərin işğal olunmamasına dair [sünnilərə] məktub yazmışdır.

Həqiqətdə Etimadüd-dövlə [Fətəli xan Dağıstani] şahın sadiq xidmətçisi və dövlətin xeyrini düşünən bütün işlərində şərəfli yetkin bir insan idi."

Polyak Krusinski, Fətəli xan Dağıstaninin saraydakı məclislərinə qatılaraq 'Fətəli xanın, Şah Sultan Hüseyn ilə söhbətində söylədikləri sözləri, xüsusilə Səfəvi dövlətinin Qafqaz Sünnilərinə Xristianlardan qorunmaq üçün Pul köməkliyi etməsi' haqqında öz kitabında geniş məlumat verir:

Məclisdə Fətəli xan Dağıstani aşağıdakı söylədi;

"Mənim Ləzgi əsilli və Sünni olduğum cümləsinə gəlincə, Şah (Səfəvi) dövlətindəki Sünni əhali sadiq və öz işləri güclərindədirlər və heç kim onlar haqqında mənfi bir şey eşitməmişdir. Mən Etimadüd-dövlə olanda Ləzgiləri üsyanda gördüm. Ləzgilər İranda yaşadıqları Əlburz kimi dağlıq bölgədə, atalarınız [Səfəvi hökmdarları] zamanında onların zəbti (nəzarət altına almaq) gah çətinliklə, gah da könüllərini xoş tutaraq əldə edilirdi. Tədbir olaraq bu bölgədə bir neçə min döyüşçü əsgər saxlanılır, bundan başqa Şah Abbas xəzinədən ildə 1700 tümən axçanı [10.000 Pulu] onlara öz məmləkətlərini qorumaları və lazım olduqda müharibələrdə bizə [Səfəvi dövlətinə] yardıma hazır tutulmaları üçün vermişdir. Bölgədəki qarışıq vəziyyətdən istifadə edilərək və Rus təhlükəsi diqqətə alınaraq Ləzgilər yatışdırılmış, Gürcüstan valisi Vaxtan ilə Şahın dostlarına qılınc çəkməmək şərti ilə razılaşılmış və Şah Abbasın qanununa uyğun olaraq 94 qəbilə [Ləzgi] rəisi Novruzda Tehrana gəlib maaşlarını istəyib birlik/ittifaq olduqlarını ifadə etmişdilər."

Judasz Tadeusz Krusinski kitabında Fətəli xan qardaşı oğlu Sünni məzhəbli Səfəvi ordusunun baş komandanı və Fars bəylərbəyi Lütfəli xan Dağıstani haqqında da məlumat verir, Lütfəli xan özü Sünni ola-ola son nəfəsinə Səfəvi dövlətinə sadiq qalaraq, Sünni Hotaki [Əfqan] dövlətinə qarşı döyüşür və bəzi xainlər Lütfəli xanı əsir edərək Əfqanlara verir və Hotaki hökmdarı Mir Mahmud onu vəhşi şəkildə öldürür. Polyak Krusinski onun ölümü haqqında kitabında belə yazır;

"İsfahan Əfqanlar tərəfindən işğal edilən zaman Mir Mahmud Lütfəli xanın şah (Şah Sultan Hüseyn) və dövlət adamlarından incindiyini anlayıb, [Mir Mahmud Lütfəli xanın] Əfqanlara xidmət edəcəyini düşünərək ona şəfqət və ehtiram göstərdi. Lakin Lütfəli xan buna əhəmiyyət verməyərək İranlılara [Səfəvi dövlətinə] meyl edərək (2-ci) Şah Təhmasibin yanına qaçdı. Bəzi [xain və satılmış] iranlılar isə əfqanlara öz səmimiyyət və məhəbbətlərini bildirmiş və Mir Mahmuda xidmət etmək məqsədilə Lütfəli xanı Bəni-İsfahanda saxlayıb, Mir Mahmudun yanına gətirdilər. Mir Mahmudun ona [Lütfəli xana] yazığı gəlmir və onun bədəninin iki yerə bölünməsini əmrini verir. Lütfəli xanın hər tikəsini bir yola asdılar. Onun [Lütfəli xan Dağıstaninin] iki oğlu Şah Təhmasibin xidmətində olmuşdur."

Gördüyümüz kimi Sünni Lütfəli xan, Sünni Əfqan hökmdarı tərəfindən vəhşicəsinə qətlə yetirilir, ancaq Lütfəli xan Səfəvi dövlətinə yenə son nəfəsinə qədər sadiq qalaraq, iki oğlunu Şah Təhmasibə verir.»

Mənbə: Səfəvi sarayında yaşamış Polyak əsilli yezuit və səyyah "Judasz Tadeusz Krusinski'nin İran Seyahatnamesi. səhifələr 81, 84, 86"

[Nəşriyyat- "Post Yayınevi" 2.baskı: İstanbul -Şubat 2023]

-Araşdırmaçı, yazar Vahid İbayev

Könül Əsgərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36