Təhsildə uğuru müəyyən edən ən vacib psixoloji faktor davamlılıq, özünü tənzimləmə və diqqət idarəsidir. İnsan yalnız ağıllı olduğu üçün uğur qazanmır.Beyin uzunmüddətli hədəfə fokuslana bilmirsə, stressi idarə etmirsə və planlı çalışma vərdişi yoxdursa, nəticə sabit olmur.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nizami Orucov deyib O, bildirib ki:
“Uğurlu tələbələrdə adətən üç xüsusiyyət olur:
Birincisi, daxili motivasiya. Öyrənməyi sadəcə qiymət üçün yox, anlamaq üçün etmələri.
İkincisi, özünənəzarət .
Oxuma vaxtını planlama, diqqəti yayındıran amilləri azaltma və tənbəlliklə mübarizə bacarığı.
Üçüncüsü, emosional dayanıqlıq. Uğursuzluğa çöküb qalmama, streslə funksional davranma, davamlılıq göstərmə”.

