Təhsil 365 - Logo Mobile

Direktorun vəzifəyə qayıtmasına etiraz edən müəllimlər TƏNBEH EDİLDİ

8504.12.2025 - 05:25
Direktorun vəzifəyə qayıtmasına etiraz edən müəllimlər TƏNBEH EDİLDİ

Ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edildiyi, qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyi bildirilir.

Tehsil365” Modern.az-a istinadən bildirib ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib.

Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.

Modern.az məsələ ilə əlaqədar olaraq Naxçıvan MR-nın Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, bəzi informasiya saytlarında və sosial şəbəkə səhifələrində Şərur rayonunun Muğançıq-Mehrab kənd tam orta məktəbi ilə bağlı təhrif edilmiş, dezinformasiya tipli məlumatlar yayılıb.

"Qeyd edirik ki, Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılmış, nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə Qətnamə qəbul edilib.

Məhkəmənin Qətnaməsinə əsasən 24 noyabr 2025-ci il tarixində Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib".

Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb".

Aidiyyəti qurumdan verilən məlumata görə, baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb.

“Təhsilverənlərin etik davranış qaydaları”nı pozaraq tədris müddətində təhsilalanların təhsil hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.

Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir",- rəsmi açıqlamada deyilir.

Amidə Zeynalova

News Feed

English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07
The joint feature film project between Azerbaijan and Kazakhstan will be realized28.08.2025 - 17:48