Azərbaycanın tələbələr tərəfindən hazırlanmış ilk peyki olan “Azərbaycanın Zəfəri” SpaceX-in Falcon9 raketi ilə uğurla orbitə buraxılıb.
"Tehsil365" xəbər verir ki, Bu mühüm hadisə ilə bağlı Azercosmos nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın tələbələri səmimi təbriklər alıblar.
PocketQube formatında hazırlanan peyk, gənc mühəndislərin yüksək texniki bacarıqlarını, innovativ yanaşmalarını və işə olan sarsılmaz bağlılıqlarını əks etdirir. Amerika Birləşmiş Ştatları, kosmos, STEM təhsili və qabaqcıl texnologiyalar sahəsində ABŞ-Azərbaycan əməkdaşlığını gücləndirərək, bu uğurun yeni nəsil alim və mühəndislərin yetişməsinə əhəmiyyətli töhfə olduğunu vurğulayır.
Bu uğur, həmçinin Azərbaycanın kosmik tədqiqatlarda və texnoloji inkişafda daha geniş iştirakının göstəricisi kimi qiymətləndirilir və ölkənin beynəlxalq elmi mühitdə nüfuzunu artırır.

