Təhsil 365 - Logo Mobile

Ailəliklə peşə təhsili alanlar - “Bu imkanı bir şans saydıq”

8711.12.2025 - 05:32
Ailəliklə peşə təhsili alanlar - “Bu imkanı bir şans saydıq”

Şəmsiyyə Alışanova Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. “Tarix müəllimliyi” ixtisası üzrə təhsilini başa vurduqdan sonra turizm zonası olan Qəbələdə zamanın tələbinə cavab verən bir ixtisasa yiyələnməyi düşünüb.

Tehsil365” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o bu barədə “Azərbaycan müəllimi”nə danışıb.

Ş.Alışanova qeyd edib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən təhsil sərgilərində iştirak edərkən maarifləndirici ekoturizm layihələri ilə tanış olub:

“Bu imkanı özüm üçün bir şans saydım və “Turizm təşkilatçılığı” ixtisası üzrə ikinci təhsil almağa qərar verdim. Hazırda təhsilim uğurla davam edir. 1 illik dual təhsil alıram. Attestat qiymətlərim yüksək olduğu üçün təhsil müəssisəsində əlaçı təqaüdü ilə oxuyuram”.

O, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün şans sayıla biləcək geniş imkanlar olduğunu deyib: “​Məsələn, mərkəzin tərəfdaşları yüksək standartlara cavab verən nüfuzlu şirkətlər olduğundan təcrübəçi tələbələr geniş karyera imkanları ilə yanaşı, üstün bacarıqlar əldə edirlər. Burada aldığmız təhsil sayəsində artıq ingilis dilində öz fikirlərimi sərbəst formada ifadə edirəm. Təcrübə proqramı çərçivəsində yüksək standartlı turizm müəssisələrində ingilis dilində danışmalı olur, istər-istəməz dil biliklərimizi yaxşılaşdırırıq. Bu minvalla nəinki ingilis dilində səviyyəmi inkişaf etdirmişəm, hətta ərəbcə də öyrənməyə başlamışam. Təcrübə müddətində rayonumuza gələn çoxsayılı ərəb turistlərlə danışır, danışa-danışa ərəbcə öyrənirəm. Hazırda həmin dildə fikirlərimi ifadə edə bilirəm”.

Şəmsiyyənin anası da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. Sənubər Alışanova 2024-cü ildə “Heyvandarlıq” ixtisası üzrə keçmiş məcburi köçkünlər üçün təşkil olunan qısamüddətli kurslarda iştirak edib.

Ailənin daha bir üzvü - Sənubər Alışanovanın oğlu Nurlan da hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasının tələbəsidir.1 illik dual qrupda dövlət hesabına təhsil alan Nurlan Alışanov Qarabağın terrorçulardan təmizlənməsi prosesinin fəal iştirakçılarındandır.

Bir vaxtlar Kəlbəcərdən məcburi köçkün olan ailənin gələcək planları məhz Kəlbəcəryönümlüdür. Kəlbəcərə qayıtmaq üçün orada ən çox ehtiyac hiss edilən peşələri seçir, onlara lazım olacaq bacarıqlar əldə edirlər. 52 yaşında təhsil almaq üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə üz tutan Sənubər Alışanova da, ali təhsilli qızı Şəmsiyyə və qəhrəman oğlu Nurlan da peşə təhsilinin əhəmiyyətini bilirlər.

Bir peşə təhsili müəssisəsi olaraq fəaliyyətində böyük nailiyyətlər əldə edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi isə, sadəcə Alışanovlar ailəsinin deyil, 30-dan çox ailənin şans sayaraq etdiyi həyati seçimdir

Amidə Zeynalova

News Feed

Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07