Təhsil 365 - Logo Mobile

Xalq yaddaşında yaşayan Ulu Öndər Heydər Əliyev

10811.12.2025 - 13:10
Xalq yaddaşında yaşayan Ulu Öndər Heydər Əliyev

Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb, lakin şərəfli yolun mərkəzində bir Lider dayanır. Xalqın yaddaşında dərin iz qoymuş, dövlətçilik məktəbinin əsasını möhkəmləndirmiş - Ulu Öndər Heydər Əliyev. 12 dekabr - onun anım günü yalnız bir tarixi xatırlatma deyil, müstəqil Azərbaycanın təməllərinin necə formalaşdığını, hansı çətinliklərdən keçərək möhkəm bir dayağa çevrildiyini dərk etmək üçün mühüm bir gündür.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda dünyaya gəldi və 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkənin inkişaf istiqamətini köklü şəkildə dəyişdirdi. Onun o dövrdə həyata keçirdiyi qərarlar təkcə iqtisadi geriliyin qarşısını almadı, həm də xalqın öz gücünə inamını artırdı. 1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə yüksəlməsi, daha sonra isə 1990-cı ildə Moskvadan istefa verərək xalqının taleyində yenidən iştirak etmək üçün Azərbaycana qayıtması onun dövlətinə və millətinə bağlılığının ən bariz sübutu idi.

1993-cü ilin iyununda Azərbaycan tarixi həlledici bir dönəmdən keçərkən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət idarəçiliyinin bərpası, hüquqi-siyasi sistemin qurulması, milli ordunun formalaşdırılması və Azərbaycanın beynəlxalq aləmdə tanınmasının gücləndirilməsi o dövrün ən ağır, lakin zəruri addımları idi. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması isə ölkənin gələcəyini dəyişən strateji addım olaraq Azərbaycanın enerji xəritəsini yenidən cızdı və ölkəni bölgənin iqtisadi mərkəzinə çevirdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbulu, ölkədə siyasi sabitliyin tam bərqərar olması, demokratik institutların qurulması və iqtisadi islahatların ardıcıllığı dahi şəxsiyyət Heydər Əliyev dövrünün dəyişməz xarakterik cizgiləridir. Bu illər Azərbaycanın müstəqil, güclü və öz sözünü deyən bir dövlət kimi formalaşdığı mərhələ oldu.

Ulu Öndər Heydər Əliyevin qurduğu siyasət təkcə həmin dövrün çətinliklərini aradan qaldırmağa deyil, gələcək nəsillərə güclü bir dövlət mirası qoymağa xidmət edirdi. Onun uzaqgörənliyi, milli maraqları hər şeydən üstün tutması və ən çətin situasiyalarda belə sarsılmaz qərarlılığı Azərbaycan cəmiyyətində böyük etimad yaratdı. 2003-cü il dekabrın 12-də dünyasını dəyişməsi xalq üçün ağır bir itki olsa da, onun qoyduğu ideyalar və yaratdığı dövlətçilik modeli bu gün də yaşayır və Azərbaycan reallığının əsas sütunlarından birini təşkil edir. 12 dekabrda keçirilən anım mərasimləri Heydər Əliyevin yalnız bir siyasi lider kimi deyil, həm də müstəqil dövlətin memarı kimi xatırlanmasının nümunəsidir.

Onun irsinin yaşadılması və davam etdirilməsi isə müasir dövrdə İlham Əliyev tərəfindən yeni şəraitə uyğun şəkildə reallaşdırılır. Bu davamlılıq Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xəttinin müasir çağın tələbləri ilə uzlaşdırıldığını göstərir və bu günün güclü Azərbaycanın möhkəm təməllər üzərində yüksəldiyini sübut edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Gülöyşə Azadqızı

Aydan Ələkbərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36