Son araşdırmalar göstərir ki, orta məktəbə qədər smartfona sahib olmaq yeniyetmələrin həm zehni, həm də fiziki sağlamlığına ciddi zərər verə bilər.
"Tehsil365" xəbər verir ki, Ekspertlər uşaq və yeniyetmələrin telefon istifadəsini məhdudlaşdırmağın vacibliyini vurğulayırlar.
Mütəxəssislərin fikrincə, erkən yaşlarda smartfon istifadəsi aşağıdakı problemlərə səbəb ola bilər:
Zehni sağlamlıq: Diqqət dağınıqlığı, yuxu pozuntuları, stress və narahatlıq səviyyəsinin artması.
Fiziki sağlamlıq: Görmə problemləri, oturaq həyat tərzi səbəbindən piylənmə və fiziki fəaliyyətin azalması.
Sosial bacarıqların zəifləməsi: Üz-üzə ünsiyyət və empati qabiliyyətlərinin azalması.
Valideynlərə tövsiyə olunur ki, uşaqların ekran qarşısında keçirdikləri vaxtı diqqətlə izləsin və müəyyən yaşadək smartfon istifadəsini məhdudlaşdırsınlar. Uşaqlar üçün daha çox açıq hava fəaliyyətləri, kitab oxumaq və sosial oyunlar təşviq edilməlidir.
Sağlam böyümə və inkişaf üçün erkən yaşlarda texnologiya istifadəsi balanslaşdırılmalıdır.

