Bir çox məktəbdə mobil telefonların qadağan olunduğu bir dövrdə, süni intellektin (Sİ) təhsil prosesində istifadəsi yeni çağırışlar yaradır.
"Tehsil365" xəbər verir ki, Müəllimlər şagirdlərə Sİ-dən düzgün və etik şəkildə istifadə etmələri üçün konkret təlimatlar verməlidirlər.
Təlimatlarda aşağıdakı məqamlara diqqət yetirilir:
Süni intellektdən tapşırıqların və layihələrin hazırlanmasında dəstək kimi istifadə edilməsi, amma bütün işi maşına həvalə etməmək; Məlumatların doğruluğunu yoxlamaq və plagiatdan çəkinmək;
Yaradıcılıq və analitik düşüncəni inkişaf etdirmək məqsədilə Sİ alətlərindən balanslı istifadə;
Məxfilik və etik qaydalara riayət etmək.
Bu təlimatlar müəllimlərin Sİ dövründə təhsilin keyfiyyətini yüksəltmək və şagirdləri gələcəyin tələblərinə hazırlamaq məqsədilə atdıqları vacib addımlardan biridir.

