Təhsil 365 - Logo Mobile

Əmrah Həsənli: "Bu işdə valideynlər də məsuliyyət daşımalıdır"

10423.12.2025 - 12:24
Əmrah Həsənli: "Bu işdə valideynlər də məsuliyyət daşımalıdır"

Son günlər ictimaiyyətə açıqlanan və məhkəmə müstəvisinə çıxarılan imtahan saxtakarlığı işi təkcə texniki vasitələrdən istifadə edən bir qrup şəxsin deyil, daha dərin və daha təhlükəli bir problemin üzünü açır. Bu problem – valideyn məsuliyyətsizliyi və susqunluqla müşayiət olunan cinayət şərikliyidir.

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Tehsil365”ə açıqlama verib.

Ekspert bildirib ki, ortada açıq faktlar var:

– pul ödənilib,

– razılaşma olub,

– övlad bilərəkdən qanunsuz imtahana girib,

– valideyn bu prosesdən xəbərsiz ola bilməz.

Əmrah Həsənli qeyd edib ki, bu halda sual yaranır: niyə yalnız təşkilatçılar və vasitəçilər məsuliyyətə cəlb olunur, amma bu cinayətin əsas sifarişçiləri – valideynlər kənarda qalır?

Onun sözlərinə görə, 17–18 yaşlı bir abituriyent nə texniki qurğu sifariş edə, nə bu mexanizmi qura, nə də minlərlə manatlıq razılaşmaya təkbaşına girə bilər:

“Bu prosesin arxasında bilərəkdən ödəniş edən, övladını ‘nəyin bahasına olursa-olsun’ irəli çəkməyə çalışan valideynlər dayanır.”

Ekspert vurğulayıb ki, burada söhbət təkcə imtahan qaydalarının pozulmasından getmir:

“Burada başqasının haqqına girmək, ədalətli rəqabəti məhv etmək, əmək çəkən minlərlə abituriyentin zəhmətini tapdalamaq var.”

Əmrah Həsənli bildirib ki, valideyn övladına belə bir “yol” göstərirsə, əslində ona uğurun yox, cinayətin reseptini öyrədir:

“Bu gün imtahanda saxtakarlıq edən uşaq, sabah cəmiyyətdə daha böyük pozuntuların iştirakçısına çevrilə bilər. Çünki ona erkən yaşda bir mesaj verilib: ‘Pul varsa, yol tapılar.’”

Ekspert açıq şəkildə bəyan edib:

“Bu işdə adı keçən abituriyentlərin valideynləri də hüquqi məsuliyyət daşımalıdır. Ən azı istintaqa şahid kimi yox, əmələ görə cavabdeh subyekt kimi cəlb olunmalıdırlar. Çünki bu cinayət onların razılığı və maliyyəsi olmadan mümkün deyil.”

Onun sözlərinə görə, əks halda saxtakarlıq halları davam edəcək, yeni sxemlər yaranacaq və cəmiyyət ədalətə yox, hiyləyə inanacaq.

“Bu gün sərt mövqe göstərilməsə, sabah daha ağır nəticələrlə üz-üzə qalacağıq. Təhsil yalnız dərslik və imtahan deyil. Təhsil – dəyərdir, vicdandır, ədalətdir. Bu dəyərləri ilk pozan isə, təəssüf ki, bəzən valideynlərin özləri olur.”

Rəşanə İsamqızı

News Feed

Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07