Təhsil 365 - Logo Mobile

Kərküklü və qafqazlı ailənin qızı – Türkiyədə Azərbaycan musiqisi

11424.12.2025 - 17:35
Kərküklü və qafqazlı ailənin qızı – Türkiyədə Azərbaycan musiqisi

Ötən yazımızda Türkiyədə Azərbaycan musiqisinin ən önəmli ifaçılarından olan Nəsrin Sipahidən bəhs etdik. Budəfəki yazımızda xalq və bəstəkar mahnılarımıza diqqət göstərən, repertuarına daxil edən digər türk sənətkarlardan söz açacağıq.

Necla Akben

Tehsil365” xəbər verir ki, Türkiyədə Azərbaycan mahnılarını ifa edən Necla Akben Mardin şəhərində müəllim ailəsində doğulub. Atası Osman bəy və anası Rəmziyyə xanım həmin vaxt bu şəhərdə müəllimlik fəaliyyəti göstərirdi, Necla xanım ibtidai məktəbə də onların yanında gedib. Ailəsinin Kütahya şəhərinə təyinindən sonra orta məktəbi oradakı liseydə, daha sonra eyni səbəbdən İstanbuldakı Bakırköy liseyində oxuyub. 1965-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə daxil olub. Bu illərdə TRT-nin müsabiqəsinə qatılıb, qalib on nəfərdən biri olub. Türk xalq musiqinin dərinliyinə vaqif olan Akben Azərbaycan əsilli müəllimlərindən Məhərrəm Erginin istiqamətləndirməsi ilə Azərbaycan xalq mahnılarına yönəlib. Amma Necla xanımın ata tərəfdən soyu Kərkükə, ana tərəfdən də Qafqaza söykənir. Bu baxımdan onun mahnılarımıza olan sevgisi həm də təbiidir.

Xeyli çalışmalardan sonra 1969-cu ildə Necla xanım TRT-nin ştatlı sənətçilərindən olub. Sivas bölgəsinin türkülərini ifa edən Akben bu illərdə universitetdən də məzun olub, fakültə yoldaşı Halim bəylə 1970-ci ildə ailə həyatı qurub. Həyat yoldaşı ilə birlikdə təsis etdikləri Akben hüquq firmasında birlikdə vəkillik fəaliyyəti ilə məşğul olublar. Eyni zamanda musiqi sənətini davam etdirən Necla xanım məşhur İzmir konsertlərində yer alıb, İstanbulun tanınmış məkanlarında səhnəyə çıxıb. Həmçinin bu dövrdə müxtəlif plastinkaları, kasetləri işıq üzü görüb. Bir müddət siyasətə də maraq göstərən Akben Anavatan Partiyasının sədri Məsud Yılmazın istəyi ilə seçkilərə qatılıb. 1991 və 1995-ci illərdə İstanbul və Ədirnədən millət vəkilliyinə namizəd olsa da, seçilməyib. Həmçinin rəssamlığa marağı olan Akben 1998-ci ildən etibarən yağlı boya tablolar çəkib. 2012-ci ildə Taksim Metro Sənət Qalereyasında sərgisi də baş tutub. Akben həmçinin şeir kitabının müəllifidir.

Şəxsi arxivimizdə Akbenin “Azəri dünyasından” adlı bir musiqi albomu mövcuddur. Həmin albomda Necla xanım “Ruhiyyə”, “Toy axşamı”, “Dəli ceyran”, “Leylican”, “Qaragilə”, “Azərbaycan maralı”, “Sənsiz yaşaya bilmərəm”, “İnsaf da yaxşı şeydir”, “Bu dağda maral gəzər”, “Sudan gələn sürməli qız” və s. mahnıları ifa edib

O həmçinin digər albomlarında “Yandırdın qəlbimi”, “Daşlı qala”, “Ay saçı burma” kimi mahnıları da oxuyub.

Nəsrin Sipahi və Necla Akben hazırda həyatdadırlar, musiqi fəaliyyətləri ilə məşğul olurlar.

Kamuran Akkor

Türkiyədə Rəşid Behbudovun “Reyhan” və “Lalələr” mahnısını oxuyan sənətkarlardan biri də Kamuran Akkor olub. Kamuran xanım 1947-ci ildə İstanbulda doğulub. Atası gömrük işçisi, anası müəllim olub. 1967-ci ildən etibarən tanınmağa başlayıb. Klassik türk musiqisi ifaçısı kimi tanınıb, bir müddət teatrda da özünü göstərib.

Esin Afşar

Nəsrin Sipahi kimi Sovet dövründə Azərbaycanda konsert verən türk sənətçilərindən Esin Afşar 1936-cı ildə İtaliyanın Bari şəhərində doğulub. Çünki atası Nüzhet Haşim Sinanoğlu həmin vaxt Baş konsul olaraq çalışırdı. Afşar Ankara Dövlət Konservatoriyasının pianino ixtisasından məzun olub, Leyla Gencer kimi tanınmış musiqişünaslardan dərs alıb. 1940-cı illərdə dövlət teatrında 12 il aktrisa kimi çalışıb. Dünyanın bir çox bölgəsində konsert verən Esin xanım 2011-ci ildə vəfat edib. 1995-ci ildə işıq üzü görən xatirə kitabında o, Sovet Azərbaycanında verdiyi konsert proqramından bəhs edib. Afşar 1972-ci ildə çıxdığı SSRİ qastrolunda Moskva, Frunze (indiki Bişkek), Aşqabad, Daşkənd, Düşənbə şəhərlərindən sonra Bakıya gəlib. Bakı ilə bağlı xatirələrində ilk qeyd 18 sentyabr 1972-ci ilə aiddir: “Bu sabah erkəndən Bakıya hərəkət edirik. “Kirov” təpəsinə çıxıb buradan işıqlar içində Bakı və Xəzər dənizini seyr edirik... Kirovun heykəli böyükdür. Bakı üçün çox xeyri olmuş bir rus vətəndaşı imiş”. Təbii ki, Esin xanım bu qeydləri yazanda Kirovun Azərbaycan xalqının qatillərindən biri olduğunu bilmirdi. 19 sentyabr 1972-ci ildə Esin xanım dirijor Niyazinin idarə etdiyi konsertin məşqini dinləyib, bu barədə qeydində yazıb: “Məşqdən sonra Niyazi bəylə görüşdük. Bu yaxınlarda 8 aylıq Türkiyəyə gedəcəkmiş. Adnan Sayqunun “Koroğlu” operasını və bir neçə operanı idarə edəcəkmiş. Bakıda da bir “Koroğlu” operası afişasını gördük. O da Niyazi bəyin əmisi olan Üzeyir Hacıbəyovun bəstələdiyi bir opera imiş”.

Bakıda verdiyi konsertdə xalq artisti Zeynəb Xanlarova da iştirak edib. Afşar bu barədə qeydində bildirib: “İlk konsertimizə azərbaycanlıların ən məşhur sənətçisi, bizdə də çox yaxşı tanınan Zeynəb Xanlarova gəldi. Otağıma gəldiyi zaman Türkiyədə konsertdə olarkən mənimlə tanış olmaq istədiyini, lakin həmin vaxt xaricdə olduğum üçün qismət olmadığını dedi”. Esin xanım Bakıda olarkən Niyazi ilə yanaşı Vaqif Mustafazadə, Qaya qrupunun üzvləri, Fikrət Əmirov, Tofiq Quliyev, Rəşid Behbudov, Polad Bülbüloğlu ilə tanış olub, onların ifalarını dinləyib. O, eyni zamanda Tahir Salahovla da tanış olub. Şəxsi arxivimizdə Esin Afşarın Bakı səyahəti ilə bağlı dörd fotoşəkil mövcuddur.

Sonrakı illərdə Türkiyədə Azərbaycan musiqisini Huşəng Azəroğlu, Cavid Təbrizli kimi Güney Azərbaycandan gələn sənətçilər gündəmdə saxlayıblar. Eləcə də Qars bölgəsindən olan Azərbaycan kökənli yerli musiqiçilər xalq musiqimizi günümüzü qədər yaşadıblar.

Amidə Zeynalova

News Feed

Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07