Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış rejissor Şamil Əliyevin müəllifi olduğu “Yaradanlar - 2” bədii-sənədli filmi növbəti beynəlxalq uğura imza atmağa hazırlaşır.
"Tehsil365" xəbər verir ki, Belə ki, ekran işi XXIV Dəkkə Beynəlxalq Film Festivalının “Dünya Kinosu” bölməsində müsabiqəyə qatılacaq.
Festival 2026-cı il 10-18 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək. “Yaradanlar - 2” filminin bu nüfuzlu festivalda nümayişi Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Qeyd edək ki, “Yaradanlar” layihəsi Azərbaycan mədəniyyətinə, elm və incəsənətinə töhfə verən şəxsiyyətlərə həsr olunmuş silsilə filmlərdən ibarətdir və tamaşaçılar tərəfindən maraqla qarşılanır.

