Bu gün tanınmış azərbaycanlı cazmen, saksafon ifaçısı Pərviz Rüstəmbəyovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1949-cu il dekabrın 29-da, cəmi 27 yaşında ikən Bakı şəhərində dünyasını dəyişmişdir.
1922-ci il yanvarın 7-də Bakıda anadan olan Pərviz Rüstəmbəyov Azərbaycan caz musiqisinin ilk və öncül ifaçılarından biri olub. Onun istedadı, xüsusilə saksafon ifasında göstərdiyi peşəkarlıq o dövrdə musiqisevərlərin böyük marağına səbəb olmuşdu.
Lakin yaradıcılığı sovet dövrünün sərt ideoloji çərçivələrinə uyğun gəlmədiyi üçün Rüstəmbəyov repressiyaya məruz qaldı. Onun caz musiqisinə olan sevgisi, müstəqil musiqi yolu seçməsi həyatına ağır nəticələrlə təsir etdi.
Qısa, lakin parlaq ömür yaşamış Pərviz Rüstəmbəyov bu gün Azərbaycan caz tarixində önəmli yer tutur. Onun həyatı sovet dövründə sənətə sərbəst yanaşmanın hansı nəticələrə səbəb ola biləcəyini göstərən acı nümunələrdən biridir.

