1999-cu il dekabrın 29-da Azərbaycanın neft gəlirlərinin şəffaf və səmərəli idarə olunması məqsədilə mühüm qərar verildi.
"Tehsil365" xəbər verir ki, Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis olundu.
Fondun yaradılmasında əsas məqsəd ölkənin strateji təbii sərvətlərindən — neft və qaz gəlirlərindən əldə olunan vəsaitlərin indiki və gələcək nəsillərin rifahı naminə toplanması, idarə olunması və istifadəsinin təmin edilməsi idi.
Dövlət Neft Fondu, eyni zamanda, iqtisadi sabitliyin qorunması, sosial layihələrin maliyyələşdirilməsi və qeyri-neft sektorunun inkişafına dəstək baxımından da mühüm rol oynayır. Bu fond Azərbaycanın iqtisadi təhlükəsizliyi və uzunmüddətli inkişaf strategiyasının vacib alətlərindən biri kimi qiymətləndirilir.

