“Balaca şahzadə” tamaşasının yaddaşımda xüsusi yeri var. Vaxtilə tamaşada əsas obrazı oğlum Rahib Məmmədzadə canlandırıb. Tamaşanın bərpasının mənə həvalə olunmasından böyük məmnunluq duyuram. Uşaqlar tamaşanı böyük maraq və razılıqla qarşılayıblar.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir:
Səhnə əsərində uşaqlarla işləmək maraqlı təcrübə olub.
“Təxminən 50-yə yaxın uşaq arasından obrazlar üçün seçim apardıq. Onların diksiya və səhnə bacarıqlarını yoxladıqda qənaətbəxş nəticələr əldə etdik. Tamaşada əsas obrazları şəhid Telman Kəlbiyevin övladları Elcan və Səid Kəlbiyevlərin canlandırması qürurverici hal idi”,- deyə bərpaçı rejissor əlavə edib.

