Təhsil 365 - Logo Mobile

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və müasir dövlətçilik ideyasının parlaq təzahürüdür

8829.12.2025 - 15:40
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və müasir dövlətçilik ideyasının parlaq təzahürüdür

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Milli birliyimizin, ortaq kimliyimizin və həmrəylik ruhumuzun bariz ifadəsi olan bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid ideya və məqsədlər ətrafında birləşdirən mühüm ictimai-siyasi məna daşıyır.

“Tehsil365“ bu haqda xəbər verir ki,

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də Azərbaycan xalqının həm tarixi keçmişinə, həm də müasir inkişaf yoluna nəzər salmaq, milli birliyin əhəmiyyətini bir daha dərk etmək baxımından xüsusi önəm daşıyır. 

Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən mühüm ideoloji hadisə kimi xarakterizə edərək vurğulamışdır ki, dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşasa da, onların milli-mənəvi varlığını yaşadan yeganə dövlət müstəqil Azərbaycan Respublikasdır: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. 

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini daim diqqət mərkəzində saxlamış, bu ideyanın təşkili və möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Xarici ölkələrə etdiyi səfərlər zamanı proqramının gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşlər keçirməsi, onların problemləri ilə maraqlanması və təşkilatlanma istiqamətində tövsiyələr verməsi bu siyasətin bariz nümunəsidir. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı xaricdə yaşayan soydaşlarımızın milli özünüdərk prosesində yeni mərhələ açdı. Qurultay dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsinə, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsinə və diaspor siyasətinin dövlət səviyyəsində formalaşmasına güclü təkan verdi. 

Sonrakı illərdə bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni məzmunla zənginləşdirildi. Azərbaycan diasporunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, 2018-ci ildə isə Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunmasıdır. Bu addımlar diaspor təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Hazırda dünyanın 50-dən çox ölkəsində yüzlərlə diaspor təşkilatı, Koordinasiya Şuraları və Azərbaycan evləri fəaliyyət göstərir ki, bu da diaspor siyasətinin real nəticələrini əks etdirir.

Bu birliyin zirvə nöqtəsi 2022-ci ildə azad Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı oldu. Tarixi Zəfərdən sonra ilk dəfə olaraq dünya azərbaycanlılarının azad Qarabağda toplaşması həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, bu Qurultay Ulu Öndər Heydər Əliyevin illər əvvəl söylədiyi tarixi sözlərin reallığa çevrildiyini bütün dünyaya nümayiş etdirdi.

Bir sözlə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və müasir dövlətçilik ideyasının parlaq təzahürüdür. Bu gün dünya azərbaycanlılarını vahid ideya və məqsəd ətrafında birləşdirir, müstəqil Azərbaycan dövlətinin gücünü və cazibəsini nümayiş etdirir. Dövlətin ardıcıl və məqsədyönlü diaspor siyasəti nəticəsində dünya azərbaycanlıları bu gün daha mütəşəkkil, daha fəal və daha güclü qüvvəyə çevrilmişdir. Həmrəylik Günü isə bu birliyin mənəvi sütunu olaraq xalqımızın gələcək inkişaf yolunda mühüm rol oynamağa davam edəcəkdir. 

Alsu İsmayılova

News Feed

Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07