“Tehsil365” İnformasiya Agentliyində könüllülük proqramının üçüncü məzun günü keçirilib. Üç ay davam edən proqram çərçivəsində könüllülər media sahəsində ilkin praktiki bilik və bacarıqlara yiyələniblər.
Tədbir çərçivəsində proqramda fəallığı ilə seçilən könüllülər təltif olunublar. Belə ki, Könül Əsgərova, Xədicə Abbasova, Səma Qarayeva, Gülbadam Cümşüdova və Amidə Zeynalova diplom və tövsiyə (referans) məktubu ilə mükafatlandırılıblar.
Bununla yanaşı, Alsu İsmayılova, Nərgiz Süleymanova və Aysel Paşayeva könüllülük fəaliyyətinə görə II dərəcəli sertifikatla təltif ediliblər.
Qeyd edək ki, könüllülük proqramı gənclərin peşəkar bacarıqlarının formalaşdırılmasına və praktiki təcrübə qazanmasına yönəlib.

