Təhsil 365 - Logo Mobile

Salyanda iki məktəb yenidən inşa ediləcək

9415.01.2026 - 08:30
Salyanda iki məktəb yenidən inşa ediləcək

Salyan rayonu Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndlərinin qəzalı vəziyyətə düşən məktəblərinin biri üçün yeni binanın inşasına, digərinin isə əsaslı təmir olunmasına dair qəbul edilib.

“Tehsil365" "Report"a istinadən xəbər verir ki, qeyd olunan kəndlərdə yerləşən tam orta məktəblərin qəzalı vəziyyətə düşməsi yüzlərlə şagirdin tədris prosesindən kənarda qalması ilə nəticələnib.

Onların sözlərinə görə, Aşağı Noxudlu kənd tam orta məktəbi bir ildən artıqdır ki, qəzalı vəziyyətdə olduğu üçün fəaliyyət göstərmir. Nəticədə məktəbin təqribən 400-ə yaxın şagirdi təhsilini davam etdirmək məqsədilə qonşu Yuxarı Noxudlu kənd tam orta məktəbinə köçürülüb.

Lakin ötən ilin sonlarında Yuxarı Noxudlu məktəbinin də qəzalı vəziyyətə düşməsi problemin miqyasını böyüdüb.

Valideynlər deyiblər ki, hazırda şagirdlər 10–15 kilometr uzaqda yerləşən Aşağı Kürkəndi kənd orta məktəbinə yönləndirilib. Bununla belə, valideynlər bildiriblər ki, son vaxtlar həmin istiqamətdə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi uşaqların təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırır.

Kənd sakinləri məktəblər təmir edilənə və ya yeni binalar tikilənədək müvəqqəti həll yolu kimi vaqon tipli sinif otaqlarının quraşdırılmasını təklif ediblər.

Məsələ ilə bağlı Şirvan–Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, 2024–2025-ci tədris ilində Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin rəyinə əsasən, Aşağı Noxudlu kənd tam orta məktəbi qəzalı hesab edilib və tədrisin fasiləsiz təşkili məqsədilə şagirdlər Yuxarı Noxudlu məktəbinə köçürülüb.

Qeyd olunub ki, ötən il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta məktəbinin sinif otaqlarından birində suvağın tökülməsi faktı aşkarlanıb. Aparılan baxışdan sonra binada tədrisin davam etdirilməsinin təhlükəli olduğu müəyyən edilib və şagirdlərin müvəqqəti olaraq Aşağı Kürkəndi kənd orta məktəbində təhsil alması qərara alınıb.

Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd orta ümumtəhsil məktəbi üçün yeni tədris binasının 2026-cı ildə tikintisi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, Yuxarı Noxudlu kənd orta ümumtəhsil məktəbinin binasının əsaslı təmiri də nəzərdə tutulur və bununla bağlı müvafiq qərar verilib.

İdarədən bildirilib ki, sakinlərin təklif etdiyi vaqon tipli sinif otaqlarının quraşdırılması ayrıca layihələndirmə, müvafiq icazələr və əlavə büdcə tələb etdiyindən, bunun üçün də müəyyən zaman tələb olunur.

Aydan Ələkbərova

News Feed

Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07