Təhsil 365 - Logo Mobile

Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri

12217.01.2026 - 10:20
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri

Ali təhsil illərdir "təhlükəsiz gələcək” vədi kimi təqdim olunmasına baxmayaraq, universiteti bitirdikdən sonra əmək bazarında yer tapa bilməyən gənclərin sayı azalmaq əvəzinə artırr. Rəsmi statistik rəqəmlər göstərir ki, diplom artıq məşğulluq təminatı rolunu oynamır.

Bu mənzərə bir tərəfdən ali təhsil müəssisələrinin əmək bazarının real tələbləri ilə nə dərəcədə uzlaşdığı, digər tərəfdən isə məşğulluq və kadr siyasətinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Universitet diplomu əldə etmiş minlərlə gəncin işsizliyi ali təhsilə qoyulan həm dövlət, həm də ailə resurslarının nə dərəcədə səmərəli istifadə olunduğunu yenidən müzakirə mövzusuna çevirir.

Tehsil365” bildirib ki, Modern.az saytı Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi”nə əsasən, ölkədə fəaliyyət göstərən 34 universitetin işsiz məzunlarının sayını araşdırıb.

Reytinqə görə, 2018-2022-ci illər ərzində 34 universitetdə 606 ixtisas üzrə təhsil alan 120 min 164 məzunun 56 min 405-i ilk 2 ildə heç bir iş tapa bilməyib. Bu da onu göstərir ki, 5 ildə məzun olanların 46,9 faizi işsizdir.

Məzunlarının yarıdan çoxu iş tapmayan universitetlər

Ölkə daxilində fəaliyyət göstərən ali təhsil mərkəzlərindən ən çox məzunu işsiz qalan Naxçıvan Müəllimlər İnstitutudur. Belə ki, bu institutda 5 il ərzində məzun olan 1159 nəfərin 63,9 faiz, yəni 741-i işsizdir.

Siyahıda ikinci gələn dövlət ali təhsil mərkəzi isə paytaxtda yerləşən Bakı Slavyan Universitetidir. Bu universitetdən 5 il ərzində məzun olan 3 min 193 nəfərin 1911-i işsiz olaraq Agentlik tərəfindən qeydiyyata alınıb. Bu da o deməkdir ki, məzunların 59,8 faizi rəsmi şəkildə çalışmır.

Mingəçevir Dövlət Universitetinin məzunlarının 59,8 faizi işsizdir. Belə ki, bu universitetdən məzun olan 2247 nəfərin 1343-ü oxudğu ixtisası bitirdikdən sonra işlə təmin olunmayıb.

Məzun sayına görə illlərdir ölkədə lider statusu daşıyan Bakı Dövlət Universitetində 5 il ərzində 19 min 24 nəfər məzun olub ki, onlardan da 10 min 767 nəfər 2 il ərzində iş tapa bilməyib. Bu da ümumi göstəricinin 56,6 % deməkdir.

Siyahını Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti davam etdirir.

ADPU-nun Şamaxı filialı üzrə işsiz məzunların sayı 263-dür ki, bu da ümumilikdə 54,8 faiz təşkil edir.

Azərbaycan Dövlət Aqrar Universitetindən 5 il ərzində məzun olan 3073 nəfər, ümumilikdə 54,4 faiz işsizdir.

Naxçıvan Dövlət Universiteti də bu siyahıda yer alır. Belə ki, 5 il ərzində məzun olan 4052 nəfərin 52,1 faizi ali təhsildən sonra iş tapmayıb.

Məzunlarının yarıdan çoxunun iş tapmadığı növbəti ali təhsil müəssisəsi Azərbaycan İdman Akademiyasıdır. 5 il ərzində idman sahəsində ixtisaslaşan məzunların 50,7 faizi ən azı 2 il ərzində heç bir iş tapmayıb.

Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi

Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası üzrə 42,9 faiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə 40,3%, Bakı Musiqi Akademiyası üzrə isə 42 faiz məzun ali təhsildən sonra iş tapa bilib.

Qeyd edək ki, illik təhsil haqqının ən yüksək olduğu ixtisaslar məhz bu ali təhsil mərkəzlərində tədris olunur. Mədəniyyətin müxtəlif sahələri - bəstəkarlıq, dirijorluq, instrumental ifaçılıq və vokal sənəti ixtisaslarına müraciət edə biləcək tələbələrin sayı da azlıq təşkil edir. Bu ixtisaslarda tədris ili üzrə təhsil haqqı 9000 manata qədər təşkil edir ki, onlar da dövlət sifarişlidir. Ödəniş haqqının bu qədər baha olmasına səbəb isə kadr və texniki məsələlərlə bağlıdır.

Region universitetlərində arasında Sumqayıt Dövlət Universitetinin məzunlarının 49,5 faizi, Lənkəran Dövlət Universitetinin məzunlarının 44,7 faizi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunlarının isə 46,9 faizi 5 il ərzində iş tapa bilməyib.

Özəl universitetlər

Özəl universitetlərin məzunlarının ortalama 46,6 faizi işlə təmin olunmayıb. Bu universitetlər arasında Bakı Qızlar Universiteti liderdir. Belə ki, sadəcə qızların təhsil aldığı bu ali təhsil mərkəzindən 5 ildə məzun olan 961 nəfərin 585-i işsiz qalıb. Bu da ümumi göstəricinin 61 faizini təşkil edir.

Digər özəl universitetlər üzrə işsiz məzunların göstəriciləri belədir:

Azərbaycan Texnologiya Universiteti – 48,7 faiz, Bakı Mühəndislik Universiteti – 35,5 faiz, Azərbaycan Universiteti – 47,1 faiz, Xəzər Universiteti – 44 faiz, Bakı Avrasiya Universiteti – 46 faiz, Azərbaycan Kooperasiya Universiteti – 47,3 faiz, Qərbi Kaspi Universiteti – 44,3 faiz, Azərbaycan Texniki Universiteti – 46,8 faiz.

İşsiz məzunlarının sayı nisbətən az olan dövlət universitetləri:

Azərbaycan Dövlət Pedaqoji Universiteti – 47 faiz;

Azərbaycan Dövlət İqtisad Universiteti – 44,1 faiz;

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 43,4 faiz;

Bakı Biznes Universiteti – 40,2 faiz;

ADA Universiteti – 37,3 faiz;

Dövlət İdarəçilik Akademiyası – 36,2 faiz;

Milli Aviasiya Akademiyası – 36,1 faiz;

Azərbaycan Turizm və Menecment Universiteti – 37,1 faiz;

Azərbaycan Memarlıq və İnşaat Universiteti – 34,8 faiz;

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 33,4 faiz;

Bakı Ali Neft Məktəbi – 24,9 faiz.

Bəs işlə təmin olunanlar harada çalışır?

Əmək bazarında gənc kadrların əsas cəmləşmə nöqtələri pərakəndə ticarət, bank sektoru və xidmət sahələri olub. İşəgötürənlər üzrə məzun sayının "Top-10” siyahısı göstərir ki, ali və orta ixtisas təhsilini başa vuranların əhəmiyyətli hissəsi real sektorun geniş şəbəkəyə malik şirkətlərində iş tapır.

Siyahıya "Araz" Supermarketlər şəbəkəsi başçılıq edir. Şirkət ümumilikdə 1071 məzunu işlə təmin etməklə həm regionlarda, həm də paytaxtda gənclər üçün əsas iş platformalarından biri olub.

İkinci pillədə Kapital Bank qərarlaşıb. Həmin illərdə məzun olan 920 tələbə bu qurumda çalışır.

Təhsil sektoru da siyahıda ilk üçlükdə yer alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 758 məzun işlə təmin olunub.

Dördüncü və beşinci yerlərdə xidmət və telekommunikasiya sahəsi təmsil olunur. Dost İş Mərkəzi 696, "ABC-Telecom" isə 497 məzunu işə cəlb edib.

Bank sektorunda daha bir böyük işəgötürən Unibank olub. 482 məzun bu bankda çalışır.

Pərakəndə ticarət seqmentində Oba Market (451 məzun), ANC Group (448 məzun) və Azərbaycan Supermarket (426 məzun) ardıcıl şəkildə siyahıda yer alıb.

İlk onluğu "McDonald’s Azərbaycan" tamamlayır. 413 məzun bu şirkətdə müxtəlif işləri görür.

Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır.

Ümumilikdə işlə təmin olunan məzunların 87,7 faizi özəl, 12,3 faizi isə dövlət sektorunda çalışır.

P.S: Platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

Amidə Zeynalova

News Feed

Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07