22 yanvar 2026-cı il tarixdə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində fənn birləşmə xətti ilə açıq dərslər keçirilib.
"Tehsil365" xəbər verir ki, Açıq dərslərin keçirilməsində məqsəd müəllimlərin pedaqoji təcrübə mübadiləsinin aparılması, tədris metodlarının təkmilləşdirilməsi, dərslərin keyfiyyətinin artırılması və şagirdlərin bilik səviyyəsinin yüksəldilməsindən ibarət olub.
Dərslər zamanı müasir təlim üsullarından istifadə edilib, mövzular şagirdlərə aydın və interaktiv formada izah olunub. Açıq dərslərdə müəllimlər və fənn birləşmə üzvləri iştirak edərək dərslərin gedişini izləyib, sonda fikir mübadiləsi aparılıb.
Keçirilən açıq dərslər müəllimlərin peşəkar inkişafına töhfə verməklə yanaşı, tədris prosesinin daha da səmərəli qurulmasına xidmət edir.

