Təhsil 365 - Logo Mobile

İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb?

12225.01.2026 - 06:20
İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb?

Son iki il ərzində musiqi və incəsənət məktəblərində keyfiyyətin yüksəldilməsi məqsədilə sistemli və ardıcıl islahatlara start verilib.

Tehsil365” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəyişikliklərin mərkəzində müəllim keyfiyyəti, idarəetmənin müasirləşdirilməsi və tədris məzmununun yenilənməsi dayanır.

Atılan addımların əsas məqsədi incəsənət təhsilini müasir tələblərə uyğunlaşdırmaq, sağlam pedaqoji mühit formalaşdırmaq və gələcək nəsillərin yaradıcı potensialını etibarlı əllərə həvalə etməkdir.

Müəllimlərin səriştələrinin ölçülməsi – keyfiyyət islahatı

İlk dəfə olaraq ötən il musiqi, incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirildi. Bu il daha 8 min müəllim attestasiyaya cəlb ediləcək. Bununla da ölkə üzrə 237 musiqi və incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi yekunlaşacaq.

Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 000 müəllimin 80 faizi bu mərhələni uğurla keçib. Bu, sevindirici göstərici olmaqla yanaşı, pedaqoji heyət qarşısında yeni öhdəliklər yaradır:

ehtiyaclara uyğun təlimlərin təşkili,

müəllimlərin işə qəbulunda yeni yanaşmaların tətbiqi,

incəsənət müəllimi hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri ilə əməkdaşlıq,

Nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi,

optimal dərs bölgüsü.

Ötənilki attestasiya zamanı qiymətləndirmə komissiyasının səsverməsində 3 əleyhinə, 2 lehinə qərar verilən müəllimlər yay aylarında xüsusi təlimlərə cəlb olunublar. Bu təlimlərdə 236 müəllim iştirak edib. Onlardan 118 nəfəri Dövlət İmtahan Mərkəzinin xüsusi imtahanına qatılıb və yalnız 20 nəfər uğurlu nəticə göstərərək əvvəlki iş yerinə müəllim kimi bərpa olunub. Bu fakt attestasiya nəticələrinin obyektiv və yüksək ehtimalla ədalətli olduğunu göstərir

Bir zəif müəllim – yüzlərlə zəif şagird deməkdir.

Bir fortepiano müəllimi fəaliyyəti dövründə orta hesabla 100–120 şagird yetişdirir. Peşəkar olmayan müəllim onlarla uşağın yaradıcı gələcəyini riskə atır. Ötənilki attestasiya zamanı elə hallara rast gəlinib ki, bəzi müəllimlər pedaqoji keyfiyyəti bir yana, tədris etdikləri alətdə ya ümumiyyətlə ifa edə bilməyib, ya da son dərəcə zəif bacarıq nümayiş etdiriblər.

Hətta Mendelsonun “Toy marşı”nı Azərbaycanın Dövlət Himni hesab edən, yaxud məşhur bəstəkar İohan Sebastyan Baxın “ağdamlı” olduğunu düşünən müəllimlər də olub. Bu kimi nümunələr kifayət qədər çoxdur və belə faktlar islahatların nə qədər zəruri olduğunu açıq şəkildə göstərir.

Ən zəif nəticə göstərən müəllimlərin 86 faizi orta ixtisas təhsili məzunlarıdır. Attestasiya nəticələrinə görə bəzi məktəblərdə müəllimlərin yarısına yaxını pedaqoji fəaliyyətə uyğun hesab edilməyib. Bu isə artıq tək-tək şəxslərin deyil, bütöv məktəb mühitinin sağlamlaşdırılmasına ehtiyac olduğunu göstərir.

Məzmunun yenilənməsi : Son iki ilin mühüm yeniliklərindən biri də tədris məzmununun yenilənməsidir. İlk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano fənni üzrə milli dərslik hazırlanıb. Bu addım incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Hazırda bütün digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması əsas hədəflər sırasındadır. Məqsəd – köhnəlmiş, pərakəndə və bəzən ziddiyyətli tədris materiallarını əvəz etmək, rəqəmsal tədris platforması yaratmaq, müasir pedaqoji tələblərə cavab verən, şagirdin yaradıcılığını inkişaf etdirən vahid və keyfiyyətli məzmun formalaşdırmaqdır.

Bu dəyişikliklər müəllimlərin fəaliyyətinə də yeni məsuliyyət gətirir: artıq tədris yalnız fərdi təcrübəyə deyil, elmi-metodiki əsaslara, ölçülə bilən nəticələrə və müasir standartlara söykənməlidir.

Rəqəmsallaşma və struktur islahatları: Son iki il ərzində Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində attestasiya ilə yanaşı vahid rəqəmsal idarəetmə platformasının tətbiqinə başlayıb:

Məktəb direktorlarının, müəllimlərin və şagirdlərin qəbulu elektronlaşdırılıb;

Bütün ixtisaslar üzrə tədris planları yenilənib;

İncəsənət məktəbləri üçün yeni nümunəvi Əsasnamə təsdiq olunub

Bu il Heydər Əliyev Fondunun dəstəyi ilə 3 yeni incəsənət məktəbi (Bakının Bilgəh qəsəbəsi, Gəncə və Şəki), eləcə də Xankəndi İncəsənət məktəbi istifadəyə veriləcək. Bu il bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə – qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ-tətbiqi sənət sahələrində şagird qəbuluna başlanılacaq.

Eyni zamanda ölkə üzrə musiqi və incəsənət məktəblərinin məkan, şagird–müəllim nisbəti və infrastruktur parametrlərinə uyğun optimallaşdırma xəritəsi hazırlanıb. Bu xəritə məktəblər şəbəkəsinin daha səmərəli, ədalətli və dayanıqlı şəkildə qurulmasına xidmət edəcək

Amidə Zeynalova

News Feed

Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37