Təhsil 365 - Logo Mobile

28 fevralda “Planetlərin böyük paradı” müşahidə olunacaq

8412.02.2026 - 14:22
28 fevralda “Planetlərin böyük paradı” müşahidə olunacaq

Naxçıvan Dövlət Universiteti Batabat Astrofizika Rəsədxanasının məlumatına görə, 28 fevral 2026-cı il tarixində “Planetlərin böyük paradı” adlandırılan astronomik hadisə müşahidə ediləcək.

Bu barədə "Tehsil365"ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, planetlərin paradı Günəş sistemində bir neçə planetin eyni səma sahəsində görünməsi və bir-birinə yaxın mövqedə yerləşməsi ilə xarakterizə olunur.

Planetlərin paradı təbii olaraq müəyyən dövrlərlə təkrarlanan astronomik hadisədir. Bildirilir ki, fevralın 28-də axşam saatlarında altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmada görünəcək.

Həmin gün hava şəraiti əlverişli olarsa, bəzi planetləri teleskopsuz müşahidə etmək mümkün olacaq. Venera (maqnitudası -3.9) Aydan sonra səmadakı ən parlaq cisim kimi seçiləcək. Yupiter (maqnitudası -2.4) də parlaq görünəcək. Saturn (maqnitudası 1.0) və Merkuri (maqnitudası 1.6) isə uyğun şəraitdə adi gözlə müşahidə edilə biləcək.

Uran (maqnitudası 5.8) yalnız binokl vasitəsilə, Neptun (maqnitudası 7.8) isə güclü binokl və ya teleskopla görünəcək.

Məlumata əsasən, Merkuri Günəş batdıqdan qısa müddət sonra qərb üfüqünün aşağı hissəsində görünəcək və onun müşahidə müddəti bir saatdan az olacaq. Venera isə çox parlaq olsa da, üfüqə yaxın yerləşdiyindən açıq və aydın qərb istiqamətində erkən müşahidə tələb edir. Parlaqlığı sayəsində Venera digər planetləri tapmaq üçün əsas istinad nöqtəsi olacaq.

Veneradan bir qədər yuxarıda yerləşən Saturn sabit işıq saçması ilə seçiləcək. Lakin planetlərin Günəşə və üfüqə yaxın mövqedə olması onların müşahidəsini nisbətən çətinləşdirə bilər.

Cənub-şərq istiqamətində isə Yupiter yüksəkdə və parlaq şəkildə görünəcək. Həmin gün Ay da Yupiterə təxminən 4° məsafədə yaxın mövqedə olacaq. Demək olar ki, dolunay fazasında olan Ayın işığı Uran kimi zəif planetlərin müşahidəsini çətinləşdirə bilər.

Qeyd olunur ki, göstərilən məlumatlar 28 fevral 2026-cı il tarixinə aid olub, həvəskar müşahidəçilər üçün istiqamətləndirici xarakter daşıyır. Planetlərin səmadakı mövqeyini daha dəqiq müəyyənləşdirmək üçün astronet.ruin-the-sky.org saytlarından, eləcə də “Stellarium” və “Sky Map” tətbiqlərindən istifadə etmək tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, “Planetlərin paradı” Yerə və canlı aləmə heç bir mənfi təsir göstərmir. Bu hadisə yalnız müşahidə xarakteri daşıyan və gecə səmasını daha da gözəlləşdirən təbii astronomik prosesdir.

Aydan Ələkbərova

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22