Təhsil 365 - Logo Mobile

NDU və İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaq - FOTO

8412.02.2026 - 14:35
NDU və İstanbul Texniki Universiteti birgə laboratoriyalar yaradacaq - FOTO

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında nanotexnologiya və energetika sahələrində birgə laboratoriyaların yaradılması istiqamətində əməkdaşlıq həyata keçiriləcək.

Bu barədə "Tehsil365"ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, tərəflər doktorantura proqramları, ikili diplom, startup layihələri və yay-qış məktəbləri üzrə əməkdaşlığı genişləndirəcək.

Bu barədə 2026-cı il fevralın 10-da keçirilən görüş zamanı razılıq əldə olunub.

Görüş çərçivəsində NDU-nun rektoru Elbrus İsayev və İTÜ-nün rektoru, professor Hasan Mandal elmi rəqabətliliyin artırılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, magistratura və doktorantura səviyyələrində birgə proqramların təşkili, elmi tədqiqatların aparılması və ortaq layihələrin icrası istiqamətlərində əməkdaşlığı prioritet kimi müəyyən ediblər.

Eyni zamanda, “Kompüter mühəndisliyi” və “Rəqəmsal texnologiyalar” ixtisasları üzrə doktorantura təhsili və elmi rəhbərlik sahəsində əməkdaşlıq, birgə elmi-tədqiqat layihələrinin hazırlanması da planlaşdırılır.

Tərəflər NDU və İTÜ tələbələrinin iştirakı ilə Agrotech, EdTech, enerji texnologiyaları və süni intellekt əsaslı tətbiq sahələrini əhatə edən “Startup Bootcamp” layihəsinin icrasını da nəzərdə tutur.

Razılaşmaya əsasən, Naxçıvan və İstanbul şəhərlərində 2–3 həftəlik “Advanced Engineering & Technology School” çərçivəsində yay və qış məktəbləri təşkil ediləcək. Proqram çərçivəsində süni intellekt və Data Science, robototexnika, kibertəhlükəsizlik istiqamətlərində təlimlər keçiriləcək.

Görüş zamanı texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası, İTÜ-nün bu istiqamətdə təcrübəsindən yararlanmaq və birgə seminarların təşkili məsələləri də müzakirə olunub. Süni intellekt texnologiyaları, kompüter, elektrik və elektronika mühəndisliyi sahələri üzrə ikili diplom proqramlarının yaradılması əsas prioritetlərdən biri kimi vurğulanıb.

“Bu əməkdaşlıq hər iki universitetin elmi potensialının birləşdirilməsi, innovativ mühitin gücləndirilməsi və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır”, – görüş zamanı bildirilib.

Qeyd edək ki, universitetlər arasında ilk əməkdaşlıq protokolu 2022-ci ildə imzalanıb, 2025-ci ildə isə mövcud müqavilə yenilənib.




Aydan Ələkbərova

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22