Təhsil 365 - Logo Mobile

BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

5212.02.2026 - 18:08
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə ali təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.

Görüşdə birgə əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi və gələcək perspektiv layihələrdən söhbət açılıb.

“Tehsil365” AZƏRTAC-a istinadına əsasən, ADAU-nun rektoru Zəfər Qurbanov bu səfərin iki ali təhsil müəssisəsi arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, müasir dövrdə ali təhsildə sahəvi yanaşma və sənaye-universitet əməkdaşlığı dayanıqlı inkişafın əsas şərtlərindən biridir və ADAU bu istiqamətdə BANM ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir. Rektor səfərin gələcək birgə təşəbbüslərin reallaşmasına və elmi-akademik əlaqələrin institusional səviyyədə inkişafına töhfə verəcəyinə əminliyini də ifadə edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib ki, ərzaq təhlükəsizliyi məsələsi qlobal çağırışlar fonunda strateji prioritetə çevrilib və bu istiqamətdə yüksəkixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Rektor diqqətə çatdırıb ki, müasir texnologiyaların, mühəndislik həllərinin və innovativ yanaşmaların aqrar sahəyə inteqrasiyası məhsuldarlığın artırılması və dayanıqlı inkişafın təmin olunmasında əsas rol oynayır. Onun sözlərinə görə, ali təhsil müəssisələri arasında əməkdaşlıq ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm platformadır.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinə həsr olunan videoçarx nümayiş etdirilib.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qonaqlar sonra ADAU-nun açıq və qapalı balıqyetişdirmə, heyvandarlıq mərkəzi, maşın-traktor parkı, vivarium, istixana kompleksi, tələbə evləri, taxil və paxlalı bitkilər laboratoriyalarında olublar.

Həmçinin qonaqlar universitetin onlayn televiziyası - ADAU TV-nin müasir studiyası ilə tanış olub, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov televiziyaya müsahibə verib.

Daha sonra Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti görüş keçirilib. Görüşdə ali təhsil müəssisələri arasında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin icrası və akademik mübadilə imkanlarının artırılması məsələləri müzakirə olunub.

Tərəflər əməkdaşlığın gücləndirilməsinin, innovativ tədris metodlarının tətbiqi və sənaye ilə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, professor-müəllim heyətinin elmi potensialının birgə təşəbbüslər çərçivəsində səfərbər olunmasının ölkənin prioritet istiqamətləri üzrə dayanıqlı inkişafa töhfə verəcəyi qeyd edilib.

Nərmin Mustafayeva

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22