Təhsil 365 - Logo Mobile

"Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib

7618.02.2026 - 15:18
"Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçirilib.

“Tehsil365“ APA-ya istinadən xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda kütləvi informasiya vasitələrində dil normalarına əməl edilməsi, mövcud problemlər və çıxış yolları müzakirə edilib.

İsa Həbibbəyli: Beynəlxalq terminlərin qarşılığı tapılmalıdır

Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, mütləq Azərbaycan dilində yeni sözlər yaradılmalı, beynəlxalq terminlərin qarşılığı tapılmalıdır:

“Dil ilə bağlı dövlət səviyyəsində təqdim edilən tapşırılqar müstəqil Azərbaycanın dövlətçilik ideologiyasının irəli sürülməsinin, dilimizin zənginləşməsinin, dilə qayğının ifadəsidir. Azərbaycan dilinin qorunub saxlanması ilə bağlı cənab Prezidentin irəli sürdüyü müddəalar içərisində beynəlxalq terminologiya ilə bağlı məsələlər yer tutur. Prezidentin qeyd etdiyi kimi, problemin çıxış yolu beynəlxalq terminologiyadan istifadə ilə yanaşı, digər terminlərin Azərbaycan dilində qarşılığını tapmaq, milli terminologiyanı genişləndirməkdən ibarətdir. Mütləq Azərbaycan dilində yeni sözlər yaradılmalı, beynəlxalq terminlərin qarşılığı tapılmalıdır”.

MŞ sədri: AMEA ilə mətbuatın əlaqələri daha da sıxlaşdırılmalıdır

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, jurnalistlər dildə mövcud olan müxtəlif sözlərin yayılmasında əhəmiyyətli rol oynayan peşə sahibləridir: “Ona görə də Mətbuat Şurasında fəaliyyət göstərən Dil Kommisiyasını yenidən formalaşdırdıq. Hesab edirəm ki, bu Kommisiyanın fəaliyyəti ilə MŞ ilə AMEA-nın aidiyyəti intututları arasında əməkdaşlıq möhkəmlənəcək. Arzu edirik ki, AMEA ilə mətbuatın əlaqələri daha sıx olsun”.

Vüsalə Mahirqızı: Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşdırılmasına ehtiyac var

Konfransda çıxış edən “APA-Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurası Dil Komissiyasının sədri Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşmasına ehtiyac var: "Azərbaycan dili yalnız kommunikasiya vasitəsi deyil, milli düşüncə modelidir. Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı çıxış və müsahibəsində də Azərbaycan dilini milli kimliyimizin mühüm atributu hesab edib. Media dilin qorunması üçün dilçi alimlərlə daim əməkdaşlıq etməlidir”.

“Milli Elmlər Akademiyası Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik, terminoloji lüğətlərini hazırlayıb. Əlbəttə, bu, çox vacibdir. Lakin həm media, həm də kütləvi əlçatanlıq üçün lüğətlərin elektronlaşması və süni intellekt alətlərinə inteqrasiya edilməsi vacibdir. Əsas məsələ orfoepiya lüğətinin elektronlaşdırılmasıdır. Bu həm televiziya aparıcıları, həm də dilimizi yeni öyrənənlər üçün çox dəyərli vəsait olar. Təəssüf ki, insanlar bəzən televiziya verilişlərindən, sosial mediadan sözün səhv tələffüzünü eşidirlər, bu cür də yadda saxlayırlar", - Vüsalə Mahirqızı bildirib.

Media rəhbəri onu da qeyd edib ki, hazırda onlayn mediada Azərbaycan dilində sözlərin düzgün yazılışını yoxlayan alətlərdən istifadə edilir: “Burada ən yaxşı köməkçi vasitə xəbər yazılan kimi mətnin bir neçə saniyə içərisində alətlər tərəfindən yoxlanılmasıdır. Amma Azərbaycan dili ilə bağlı o alətlər keçmişdə yaradılıb və həmin alətlərdə yenilənmiş qaydalar nəzərə alınmayıb. Hesab edirəm ki, Dilçilik İnstitutu bu elektor alətləri yeniləyə və ya yenidən yarada bilər. Bu, Azərbaycan dili ilə bağlı mediada və kütləvi istifadə zamanı baş verən səhvlərin sürətlə aradan qaldırılmasına kömək edə bilər".

Professor Sevinc Əliyeva: Dərsliklər uşaqlar tərəfindən tam başa düşülmür

Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva deyib ki, dərsliklər uşaqlar tərəfindən tam başadüşülən deyil: “Biz dildə gedən prosessləri diqqətlə izləməli, sözlərin düzgün yazılışı və tələffüzü ilə bağlı narahat olmalıyıq. Azərbaycan dili digər dillərdən fərqli olaraq morfoloji quruluşa malik dildir. Belə olan halda, biz niyə şəkilçilərimizi ixtisar etməliyik? Axı dilimiz şəkilçilər üzərində qurulub. Azərbaycan ədəbi dilinin qorunması üçün yazdığımız kimi danışmalıyıq”.

Qulu Məhərrəmli: Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir

Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli deyib ki, Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir: “İnsanlar yazdığı kimi danışmağa, ya da danışdığı kimi yazmağa vərdiş edib. Azərbaycan dilini korlayan faktlardan biri də televiziya, yaxud radioda futbol şərhçilərinin, digər aparıcıların səsləndirdiyi səhv ifadələrdir. Nümunələrin əksər hissəsində məna səhvləri mövcuddur. Bundan əlavə söz sırasının pozulmasına, eləcə də sözlərin işlənməsində məna səhvlərinə də rast gəlinir. Cümlələr düz qurulmadıqda ciddi şəkildə diqqəti cəlb edir”.

Sayalı Sadıqova: Azərbaycan dilinin qorunmasını korlayan nüanslardan biri də ictimai iaşə obyektlərinin adıdır

Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, terminologiya məsələsində qəbul edilmiş yeni terminlər siyahısı, terminlərin yaradılması qaydası və s. qəzetlərdə, mətbuatda elan edilməlidir: “Dildə olan problemlərdən biri də dilin tədqiqi prosesidir. “Dövlət dili haqqında Qanun”da yazılıb ki, ölkə daxilində fəaliyyət göstərən iaşə müaəssisələrində reklamlar və adlar öncə Azərbaycan dilində, sonra xarici dildə yazılmalıdır. Amma küçədəki reklamların ingilis dilində yazıldığını görürük. Hazırda Azərbaycan dilinin qorunmasını, gənclərin təfəkkürünü korlayan nüanslardan biri də ictimai iaşə obyektlərinin adıdır”.

Teleaparıcı Nərgiz Cəlilova: Orfoepiya lüğətinin rəqəmsallaşdırılması çox vacibdir

Mətbuat Şurasının Dil Komissiyasının üzvü, teleaparıcı Nərgiz Cəlilova bildirib ki, orfoepiya lüğətinin rəqəmsallaşdırılması çox vacibdir: “Düzdür, süni intellektdə sözlərin vurğusu və digər orfoepik qaydalarla bağlı məlumatlar əldə etmək olur. Amma yaxşı olar ki, bunu xüsusi olaraq özümüz daha asan, anlaşıqlı formada təsis edək. Burada alınma sözlərin də heca vurğusu verilməlidir. Bundan əlavə, ölkə adları, xarici soyadlar və adlar, toponimləri ancaq rus və ingilis dilində axtarışa verdikdə düzgün tələffüzünü öyrənə bilirik. Bu bizim dildə də öz əksini tapmalıdır”

Mətbuat Şurasının İdarə Heyətinin sədr müavini Səadət Məmmədova: Mətbuat katiblərinin dili ilə bağlı tədbir görülməlidir

Mətbuat Şurasının İdarə Heyətinin sədr müavini, Əməkdar jurnalist Səadət Məmmədova deyib ki, gələcəkdə bu tədbirlərdən biri də mətbuat xidmətləri ilə bağlı olmalıdır:

“Gələn press-relizlərin dilindən qan ağlayırıq. Mediadan gəlməyən mətbuat xidməti əməkdaşları öz yazdıqlarını doğru sayırlar. Biz onu anlaşıqlı dilə çevirmək istəyəndə də küsürlər, hətta təzyiq göstərirlər ki, mətnlərimizi dəyişməyin”.

O qeyd edib ki, gənclərin dil bilikləri bəsitləşib: “Düzdür, gənclərin içində orfoepiya qaydalarını bilən, yaxud duyumla daha yaxşı tələffüz edən gənclər var. Amma onların mütaliəsi olmadığına görə, söz bazaları zəifdir. Müxbirlərə nə qədər təlimat versək də, canlı bağlantıda öz bildiyini edirlər. Ona görə Vüsalə Mahirqızının təklifinə dəstək olaraq bildirirəm ki, Orfoepiya qaydaları süni intellektlə ən müasir, ən zəngin qaydada inteqrasiya edilməlidir ki, kitabdan istifadə etməyənlər heç olmasa, virtual orfoepiya lüğətlərindən istifadə etsinlər”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun sözlərinə görə, mediada dilimizə zərər gətirən ifadələrdən, başlıqlardan istifadə edilir: “Məsələn, “şok” başlıqlı ifadələr və s. dilimizin çirklənməsinə səbəb olur, fikri çaşdırır. Bütün bu qüsurlar dil üçün böyük zərərdir”.

Əməkdar jurnalist, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov bildirib ki, qəzetin qapıları ziyalılar üçün açıqdır: "Qəzetdə ziyalıların töhfələrindən bəhrələnməyə hazırıq". Həmçinin o qeyd edib ki, teatrlarda klassik tamaşalar azdır: "Dilin öyrənilməsində televiziyalar qədər teatrlar da rol oynayır. Bu baxımdan, teatrlarlarda dilin istifadəsinə baxılmalı, həmçinin klassik tamaşaların sayı artılırmalıdır".

Xalq qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu hesab edir ki, ana dilimizin qorunmasında qəzetin rolu böyükdür: “Amma dilimizlə bağlı məsələləri təşfiq edə bilmirik. Bu baxımdan audiovizual medianın, onlayn medianın rolu böyükdür. Bundan əlavə, bəzi dilçi alimlərin yazılarında qüsurlara rast gəlirik. Dilçi alimin yazısı bizə elə gəlir ki, az qalırıq onu elə verib, oxuculara güldürək”.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: Sözlərin yazıldığı kimi deyilməsi kobud səhvdir

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, əksər hallarda sözlər yazıldığı kimi deyilir: “Bu çox kobud səhvdir. Sözün yazılışı ilə deyilişi arasındakı qaydalara riayət etmək lazımdır. Bundan əlavə, bəzən dilimizin qrammatik qaydalarına hədsiz yaradıcı yanaşmaq da dilin korlanmasına səbəb ola bilir”.

Mehriban İbadova

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22