Təhsil 365 - Logo Mobile

BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair müzakirələr aparılıb

3419.02.2026 - 15:12
BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədinin birinci və ikinci nəticə qruplarının iclasları keçirilib.

“Tehsil365” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, inklüziv sosial-iqtisadi artım və insan inkişafı üzrə I Nəticə Qrupunun iclasında nazir müavini Səməd Bəşirli vurğulayıb ki, Azərbaycan dayanıqlı, inklüziv və innovativ inkişaf hədəflərinə nail olunması baxımından BMT ilə işbirliyinə mühüm önəm verir. Ölkəmiz 30 ildən çoxdur ki, təşkilatla əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atır.

O, qeyd edib ki, Azərbaycanda DİM-lərə uyğun olaraq rəqəmsallaşma, yaşıl enerji, innovasiya prioritet sahələrdəndir. Xüsusilə, azad edilmiş ərazilərdə ağıllı şəhər, ağıllı kənd və yaşıl enerji zonası konsepsiyaları əsasında müasir infrastrukturun qurulması dayanıqlı inkişaf öhdəliyimizi yerinə yetirməyə dair bariz nümunədir. Prezidentin irəli sürdüyü Minalarla Mübarizə üzrə 18-ci DİM təşəbbüsü isə davamlı inkişaf gündəliyinə mühüm töhfədir.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi İqor Qarafulik Azərbaycanın DİM-ə verdiyi önəm və bu sahədə atdığı konkret addımları yüksək qiymətləndirib, qeyd edib ki, təmsil etdiyi qurum ölkənin bu istiqamətlərdə həyata keçirdiyi təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycanın səhiyyə və insan kapitalına yönəltdiyi investisiyalar dayanıqlı inkişaf baxımından önəm daşıyır. O, ölkədə sağlamlıq sisteminin gücləndirilməsi və icmalara inklüziv xidmətlərin göstərilməsi məqsədilə görülən işlərə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyini ifadə edib.

İclas çərçivəsində təşkil edilən sessiyalarda BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq dair Çərçivə Sənədinin (2026–2030) təqdimatı keçirilib, həmçinin 2026-cı il üçün birgə iş planları müzakirə olunub.

İqlimə dayanıqlılıq, yaşıl inkişaf və ədalətli keçid üzrə II Nəticə Qrupunun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, eləcə də İ.Qarafulik, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Nasar Hayat açılış nitqi ilə çıxış ediblər. İclas çərçivəsində təşkil edilən sessiyalarda ətraf mühitin qorunması və enerji keçidinə dair müzakirələr aparılıb.

2026-2030-cu illər üzrə BMT ilə dayanıqlı inkişaf üzrə əməkdaşlıq çərçivəsində hər Nəticə Qrupu ildə bir dəfə maraqlı tərəflərlə görüşür, ötən ilin yekunlarını müzakirə edir, həmçinin lazım gəldiyi təqdirdə, növbəti ilin planlarına və çərçivəyə dəyişikliklər təklif edir.

Zəhra Ağayeva

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22