Təhsil 365 - Logo Mobile

Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil - elmi sessiya

3520.02.2026 - 14:48
Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil - elmi sessiya

AMEA Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil” mövzusunda elmi sessiya keçirilib.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, institutdan bildirilib ki, sessiya Folklor Studiyası tərəfindən hazırlanmış “Ana dilimiz milli varlığımızdır” adlı videoçarxın nümayişi ilə başlanıb.

Elmi sessiyada Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin Məmmədov dilin saflığının qorunması ilə bağlı mövcud problemlərə toxunub. O bildirib ki, bu sahədə əsas çətinliklər daha çox təhsil prosesində və media mühitində özünü göstərir. Məktəblərdə dilin düzgün tədrisi və mediada ədəbi dil normalarına riayət olunması istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsi zəruridir. Universitet mühitində ana dilinin saflığının qorunmasının vacibliyindən danışan Elçin Məmmədov bildirib ki, bu işlər yalnız tədris prosesi ilə məhdudlaşmamalı, həm də elmi araşdırmalar, maarifləndirici tədbirlər və ictimai müzakirələr vasitəsilə davamlı şəkildə təşviq olunmalıdır.

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, həm ötən il noyabr ayının 3-də AMEA-nın 80 illik yubiley tədbirində, həm də 2026-cı il yanvarın 5-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev dilin saflığının qorunması məsələsini xüsusi diqqətə çatdırdı. Hikmət Quliyev qeyd edib ki, bu çağırış bütün qurumların, o cümlədən, elm və təhsil sahəsində çalışan alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyub. Bildirib ki, ana dilinin saflığının qorunması zahirən sadə görünsə də, əslində olduqca məsuliyyətli və çoxşaxəli məsələləri özündə ehtiva edir. Direktor vurğulayıb ki, hər bir dil spesifik inkişaf yolu keçmiş, daxili qanunauyğunluqlara malik açıq sistemdir və qloballaşma, rəqəmsallaşma prosesləri bu sistemdə yeni təzahürlər yaradır.

Elmi sessiyada “Azərbaycan ədəbi dili normaları və nitq mədəniyyəti”, “Qloballaşma şəraitində ədəbi dil və akademik yazı”, “Ərəb, fars və rus dillərindən dilimizə keçən termin və şəxs adlarında problemlər”, “Sosial şəbəkələrin Azərbaycan ədəbi dilinə təsirləri: dilin saflığının qorunması yolları”, “Folklor Azərbaycan ədəbi dilinin potensial qaynağı kimi” mövzusunda məruzələr dinlənilib.

Tədbirin sonunda iştirakçılar tərəfindən ana dilinin qorunması istiqamətində maarifləndirici fəaliyyətlərin gücləndirilməsinin, xüsusilə gənc nəsildə nitq mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti qeyd edilib, bu sahədə elmi və praktiki əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Zəhra Ağayeva

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22