Təhsil 365 - Logo Mobile

UNEC Dizayn Məktəbində II hesabat-sərgisi keçirilib

7520.02.2026 - 18:20
UNEC Dizayn Məktəbində II hesabat-sərgisi keçirilib

UNEC Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (PBL) metodu ilə təhsil alan tələbələrin ilk Sosial Layihələr Sərgisi keçirilib.

“Tehsil365” xəbər verir ki, sərgi tələbələrin yalnız akademik biliklərlə kifayətlənmədiyini, eyni zamanda sosial məsuliyyət mövqeyi kimi dəyərləri də mənimsədiyini nümayiş etdirib. Sosial missiyasını ardıcıl şəkildə gücləndirən UNEC bu təşəbbüslə təhsili cəmiyyətin real ehtiyacları ilə birbaşa əlaqələndirməyi və gənclərin sosial problemlərin həllində daha fəal iştirakını təşviq etməyi hədəfləyir.

Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev və digər qonaqlar iştirak ediblər. İştirakçılar əvvəlcə dizayn tələbələrin əl işlərindən ibarət zəngin sərgi ilə tanış olublar. Sərgidə ahıllar və əlliliyi olan şəxsləri əhatə edən sosial layihələr, qrafik dizayn işləri, rebrendinq və geyim nümunələri, ətraf mühitin qorunması, həmçinin Qarabağın bərpası üçün hazırlanmış sosial yönümlü layihələr nümayiş olunub. Tələbələrin Qarabağın bərpası məqsədilə hazırladıqları ahıllar evi modeli, inklüziv ev, innovasiya kitabxanası və digər layihələr xüsusi maraqla qarşılanıb.

Tədbirin açılışında çıxış edən Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova Layihə Əsaslı Tədris (PBL) yanaşmasının tələbələrə qazandırdığı bacarıqlardan danışıb. O, PBL-in tələbələrin tənqidi düşünmə, yaradıcılıq və komanda şəklində işləmə bacarıqlarını inkişaf etdirdiyini, həmçinin real həyat problemlərini həll etməyə hazırladığını vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov dizayn ixtisası üzrə təhsil alan tələbələrin tədrisində tətbiq olunan PBL yanaşmasından və əldə olunan müsbət nəticələrdən söz açıb. O vurğulayıb ki, universitetin əsas məqsədi yalnız nəzəri bilik deyil, həm də praktik bacarıqlara sahib, fərqli düşünməyi bacaran və cəmiyyətin problemlərinin həllində fəal iştirak edən gənclər yetişdirməkdir.

Rektor qeyd edib ki, Layihə Əsaslı Tədris yanaşması gözləniləndən daha yüksək nəticələr verib. O sərgidə nümayiş olunan layihələrin tələbələrin dərs prosesi zamanı icra etdikləri real işlər olduğunu vurğulayıb.

Ə.Muradov tələbələrin layihələrdə ahıl və əlilliyi olan şəxslər, eləcə də Qarabağın bərpası kimi aktual məsələlərə toxunduqlarını yüksək qiymətləndirib: “Tələbələrimiz cəmiyyətdə mövcud olan problemləri anlayırlar və onu həlli etməyə çalışırlar, bu da onların fərqini, dəyərini göstərir. PBL yanaşması tələbələrimizin daha güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Mən çox məmnunam ki, biz tələbələrimizə potensiallarını reallaşdırmaq üçün əlverişli mühit yarada bilmişik”-, deyə rektor bildirib.

Qarabağın bərpası mövzusunda irəli sürülən təşəbbüslərə xüsusi diqqət ayıran Ədalət Muradov bildirib ki, universitet tərəfindən tələbələrin layihələrinin reallaşdırılmasına hərtərəfli dəstək göstəriləcək. O, sərginin Qarabağda da təşkil olunması təklifini səsləndirərək, bu təşəbbüsün gənclərin sosial məsuliyyətini daha geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb.

Sonra UNEC-in Təhsil və təlim mükəmməlliyi şöbəsinin müdiri, PBL layihəsinin koordinatoru, metodist Sənubər Səfiyeva çıxış edərək PBL yanaşmasının üstünlüklərindən danışıb: “Sosial layihələrdə biz cəmiyyətimiz üçün faydalı tədbirlər həyata keçiririk. Bu layihələr gənclərimizə cəmiyyətin real problemləri ilə birbaşa üzləşmək, empatiya bacarıqlarını inkişaf etdirmək və cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmək imkanı verir”, - deyə bildirib.

Tədbir tələbələrin sosial faydalı qrafik dizayn layihələrinin təqdimatları ilə davam edib.

Nərmin Mustafayeva

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22