Təhsil 365 - Logo Mobile

Fireland Azərbaycanlılar Birliyi Belçikada beynəlxalq şahmat turniri təşkil edib

6722.02.2026 - 19:35
Fireland Azərbaycanlılar Birliyi Belçikada beynəlxalq şahmat turniri təşkil edib

Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, Fireland Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Brüsseldə III Beynəlxalq Şahmat Turniri təşkil edilib.

“Tehsil365” xəbər verir ki, “Dostluq qazansın” şüarı altında keçirilən turnir 15 ölkədən 50-yə yaxın şahmatçını bir araya gətirərək beynəlxalq dostluğun, mədəni dialoqun və idman həmrəyliyinin gücləndirilməsinə töhfə verib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Belçikadakı Səfirliyinin 1-ci katibi Emin Rüstəmov çıxış edərək turnirin əhəmiyyətindən bəhs etdi, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşkil etdiyi bu qəbildən olan layihələrin icmalar arasında dostluq və mədəni əlaqələrin inkişafı nöqteyi-nəzərindən vacibliyini vurğuladı.

Fireland Azərbaycanlılar Birliyinin həmtəsisçisi Elşən Tağıyev çıxışında artıq 3-cü dəfədir “Dostluq qazansın” şüarı altında təşkil edilən turnir haqqında ətraflı məlumat verib. O, İldən-ilə iştirakçı sayının və turnirdə təmsil olunan ölkələrin sayının artmasını turnirə olan böyük marağın təzahürü kimi qiymətləndirib.

Tədbirdə Belçikada fəaliyyət göstərən şahmat məktəblərinin nümayəndələri, Belçika universitetlərində təhsil alan əcnəbi tələbələr, diplomatlar, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər. Turnir yalnız yarış deyil, həm də müxtəlif millətlərdən olan iştirakçılar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma oldu.

Turnirdə iştirak edən Anderlext bələdiyyəsinin şahmat klubunun üzvü Sedrik Sohet iştirak etdiyi 40-dan çox turnir arasında bu turnirin ən yadda qalan olduğunu və ilk dəfə bu qədər çox şahmat həvəskarının bir araya gəldiyinin şahidi olduğunu bildirib, təşəbbüs və təşkilatçılıq üçün təşəkkür edib.

Uğurlu təşkilatçılıq və turnirin miqyasının genişlənməsi fonunda Fireland Şahmat Klubunun üzvləri bu il Brüsseldə keçiriləcək digər beynəlxalq şahmat turnirə dəvət olundu.

Belçika, Fransa, Meksika, Rumıniya, Qazaxıstan və İndoneziyanı təmsil edən iştirakçılar müxtəlif kateqoriyalarda turnirin qalibi adını qazandılar.

Turnirin sonunda bütün iştirakçılara sertifikat və medallar təqdim edildi, qaliblər kubok, sertifikat və hədiyyələrlə mükafatlandırıldı.

Nərmin Mustafayeva

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22