Təhsil 365 - Logo Mobile

BMU-da laboratoriya istifadəyə verilib - FOTO

7423.02.2026 - 12:52
BMU-da laboratoriya istifadəyə verilib - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) Biologiya laboratoriyalarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib və fəaliyyəti müasir çağırışlara uyğunlaşdırılaraq yenidən qurulub. Artıq Mikroskopik tədqiqatlar və Mikrobiologiya adı altında fəaliyyət göstərəcək bu elmi müəssisələr tələbələr və əməkdaşlar üçün daha geniş spektrdə elmi tədqiqatlar və praktiki məşğələlər aparmaq imkanı yaradacaq.

“Tehsil365" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev laboratoriyalarla tanış olub, burada aparılan elmi-tədqiqat və praktiki məşğələlər barədə məlumat alıb, həmçinin tələbələrlə söhbət edərək onların elmi fəaliyyəti ilə maraqlanıblar. 

Yaqub Piriyev son illər BMU-nun laboratoriyalarında tədqiqatların və praktiki məşğələlərin yüksək səviyyədə təşkili üçün görülən işlərə diqqət çəkib. Tələbələrin və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsinin universitetin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, maddi-texniki bazanın gücləndirilməsi tələbələr və elmi işçilərin tədqiqat imkanlarını genişləndirir. Bu, onlara müasir bioloji və biotexnoloji tədqiqat metodlarını öyrənmək, elmi bacarıqlarını praktik şəkildə inkişaf etdirmək, müəyyən layihələr hazırlamaq imkanı verir, eyni zamanda BMU-nun elmi potensialını artıraraq innovativ tədris mühiti yaradır.

İnstitutun direktoru Adil Allahverdiyev isə laboratoriyanın yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunmasının elmi tədqiqatların səmərəliliyini artıracağını önə çəkib. O, tələbələrin praktiki, eksperimental bacarıqlarının inkişafının əhəmiyyətini vurğulayıb və laboratoriya şəraitinin tələbələr, tədqiqatçılar üçün əlverişli olduğunu söyləyib.

Laboratoriyalar ilə tanışlıq zamanı bildirilib ki, burada tələbələrə toxuma, hüceyrə, mikroorqanizmlərin struktur və funksiyalarını yüksək dəqiqliklə öyrənmək imkanı təmin edilir. Elmi müəssisələr tələbələr üçün treninqlərin, seminarların və müxtəlif sahələrə uyğun tədqiqatların aparılmasına imkan verəcək şəkildə dizayn olunub. Eyni zamanda bioloji fənlərin təcrübi eksperimental bölmələri və tələbələrin müstəqil elmi-tədqiqat işləri üçün ən müasir cihaz və avadanlıqlar mövcuddur. Belə ki, laboratoriyalar mikroorqanizmlərin və hüceyrə kulturlarının yetişdirilməsi üçün sabit temperatur rejimini təmin edən istilik inkubatoru, qidalı mühitlərin və istifadə olunan laboratoriya vasitələrinin sterilizasiyası məqsədilə şaquli avtoklav, flüoresent trinokulyar mikroskop və digər ən son texnoloji avadanlıqlarla təchiz edilib. Tədqiqat mühitinin sterilliyini qorumaq üçün laminar axın sisteminin tətbiq olunduğu laboratoriyalar aparılan elmi layihələrin miqyasının genişlənməsi, beynəlxalq standartlara uyğun tədqiqat mühitinin formalaşdırılması və tələbələrin praktiki bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, çalışma masalarının xüsusi işıqlandırılması, mərkəzi elektrik təchizatı sistemi, rəflərin dizaynı və laboratoriya komplektlərinin optimal yerləşdirilməsi praktiki məşğələlərin səmərəliliyini təmin edir. 

O da qeyd olunub ki, son illərdə BMU-da “Biotexnologiya” və “Qida mühəndisliyi” kimi bir sıra yeni ixtisaslar açılıb və bu ixtisaslara yüksəkballı tələbələrin marağı daha da artmaqdadır. Biologiya laboratoriyalarının  yenilənmiş infrastrukturu həmin ixtisasların tələbələrinin praktiki bacarıqlarının inkişafına töhfə verəcək.




Aydan Ələkbərova

News Feed

Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22