“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzvlərinin təşəbbüsü ilə “Gənclər və dövlət idarəçiliyi” mövzusunda panel müzakirə keçirilib.
Bu barədə “Tehsil365"ə universiteqtdən məlumat verilib.
“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri İsmayıl İbrahimov gənclərin dövlət idarəçiliyi və siyasi idarəetmə sistemlərində yaxından iştirakının və məhz gənc yaşlarından bu istiqamətdə məlumatlılığının artırılmasının vacib olduğunu, keçirilən panel müzakirənin də bu məqsədə xidmət etdiyini qeyd edib.
Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev dövlət idarəçiliyində gənclərin iştirakının institusional əsaslarından söz açıb, bunun gənclər siyasətinin milli inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bildirib. O, qanunvericilik müstəvisində gənclərin hüquq və imkanlarının genişləndirilməsinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu deyib.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın daxilində gənclərin fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Qeyd edib ki, partiyanın gənclər siyasəti gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların idarəetmə proseslərinə cəlb olunması və liderlik keyfiyyətlərinin formalaşdırılmasını hədəfləyir.

