Təhsil 365 - Logo Mobile

“Yaşamadığım uşaqlığım müharibənin qurbanı oldu” - Xocalı sakini

12226.02.2026 - 09:45
“Yaşamadığım uşaqlığım müharibənin qurbanı oldu” - Xocalı sakini

“Yaşamadığım uşaqlığım, gəlməyən gəncliyim müharibənin qurbanı oldu. Bu ağrı və xatirələr heç vaxt unudulmayacaq. Bizim gənclərimiz torpaqlarımızı azad etdi, vətənimiz uğrunda fədakarlıq etdi. Xocalının azadlığı və soyqırım qurbanlarının xatirəsi daim yaşadılmalıdır.”

Bu fikirləri “Tehsil365”ə müsahibəsində Xocalı sakini, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin və Qadınlar Şurasının sədri Ayna Allahyar qızı bildirib.

1992-ci il Xocalı hadisəsi zamanı yaşadıqlarınızı necə xatırlayırsınız?

— Mən Xocalı sakiniyəm. 1988-ci ildə 12 yaşım var idi, soyqırım baş verəndə isə 16 yaşında bir yeniyetmə idim. Dörd il ərzində Xocalı mühasirədə idi. Şəhərimiz hər gün dörd tərəfdən raket və top atəşinə tutulurdu. Demək olar ki, atışmalar səngimirdi. Uşaqlığımız qorxu içində keçdi. Məktəbli idik, amma dərs yox, partlayış səsləri eşidirdik. Hər gün ölüm təhlükəsi ilə yaşayırdıq. Mənim yaşamadığım uşaqlığım, gəlməyən gəncliyim müharibənin qurbanı oldu. Tək mən yox, mənim kimi yüzlərlə məktəblinin taleyi belə oldu.

O günlərin ən çətin və qorxulu anı sizin üçün hansı idi?

— Ən ağır məqam günahsız insanların – qadınların, uşaqların, qocaların – heç bir silahı olmadan müharibənin qurbanı olması idi. İnsan bir yeniyetmə kimi bunu necə qəbul etsin? Əliyalın insanların hədəfə çevrilməsi çox acınacaqlı idi. O qorxu, o çarəsizlik hissi insanın yaddaşına ömürlük həkk olunur. Hər an düşünürdük ki, sabah nə olacaq. Hər partlayış səsi ürəyimizə bir iz salırdı.

Hadisədən sonra həyatınızda ən böyük dəyişikliklər nələr oldu?

— Müharibə mənim həyatımı tam dəyişdi. Uşaqlığım yarımçıq qaldı. Doğma yurd-yuvadan didərgin düşmək, illərlə həsrət yaşamaq çox ağır idi. Artıq 34 ildir Xocalıda yaşamıram, amma Xocalı mənim içimdə yaşayır. İnsan doğma torpağından ayrı düşəndə bunun ağrısı sözlə ifadə olunmur. Hər dəfə Xocalının adı çəkiləndə ürəyimdə bir sızı olur. Bu, ömür boyu keçməyən bir hissdir.

Bu faciənin bugünkü nəsillərə çatdırılması üçün hansı mesajı vermək istəyirsiniz?

— Heç kim istəməz ki, uşaqlarımız müharibənin ağrı-acısını yaşasın. Bəli, torpaqlarımızı qorumaq bizim şərəfimizdir, ləyaqətimizdir. Oğul böyüdürük ki, vətən üçün dayansın. Amma müharibənin ağrısını yaşayan bir insan kimi deyirəm ki, bu faciəni unutmaq olmaz. Düşmənimizi və tariximizi düzgün təbliğ etməliyik. Gənclərimizə həqiqətləri aşılamalıyıq. Bu gün torpaqlarımızın azad olunması gənclərimizin qəhrəmanlığı, ordumuzun gücü və xalqımızın birliyi sayəsində mümkün oldu.

Sizcə, Xocalı qurbanlarının xatirəsinin yaşadılması üçün cəmiyyət nə edə bilər?

— Ən vacibi unutmaq olmaz. Xocalı, Qaradağlı, Meşəli, Cəmilli faciələri bir zəncirin halqalarıdır. Xocalı soyqırımına gedən yol həmin hadisələrdən keçirdi. Biz bu tarixləri yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Xocalı artıq azaddır və bu, bizim üçün böyük təsəllidir. Xocalı qurbanlarının xatirəsini yaşatmaq üçün memorialların yaradılması, anım tədbirlərinin keçirilməsi, tarixin düzgün şəkildə çatdırılması çox önəmlidir. Çünki bu, bizim qan yaddaşımızdır və heç vaxt unudulmamalıdır.

Zeynəb Quluyeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21