Təhsil 365 - Logo Mobile

Rəqəmsal sahədə idarəetmə Birinci vitse-prezident səviyyəsinə yüksəldi - Detallar

9428.02.2026 - 07:46
Rəqəmsal sahədə idarəetmə Birinci vitse-prezident səviyyəsinə yüksəldi - Detallar

Prezident İlham Əliyev rəqəmsallaşma, süni intellekt, innovasiya və elektron hökumət sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb və 2026–2028-ci illər üzrə Fəaliyyət Planını təsdiqləyib.

“Tehsil365“ Yeni Müsavat-a istinadən xəbər verir ki, bu qərar rəqəmsal sahədə uzun müddətdir müzakirə olunan koordinasiya məsələsini institusional səviyyədə həll edir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edir ki, rəqəmsal transformasiya indi təkcə İKT məsələsi deyil, dövlətin strateji prioritetinə çevrilib: "Nəhayət ki, rəqəmsal sektorda koordinasiya ilə bağlı uzun müddətdir gözlənilən sənədlər qəbul edildi və sektorda bu işlərə kimin rəhbərlik edəcəyi dəqiqləşdi.
Uzun illər müzakirə predmeti olan sektorun koordinasiyası məsələsi nəhayət institusional həllini tapdı.
Rəqəmsal İnkişaf Şurasının yaradılması və onun sədrliyinin Birinci vitse-prezident Mehriban Əliyevaya həvalə edilməsi göstərir ki, rəqəmsallaşma ən yüksək icra səviyyəsinə qaldırılır. Bu, sahəvi və pərakəndə yanaşmadan çıxaraq dövlət miqyasında mərkəzləşdirilmiş idarəetmə modelinə keçid deməkdir".

Osman Gündüz qeyd edir ki, bu sektora hökumətin ənənəvi baxışları kəskin dəyişib: "Adi halda gözlənti bu ola bilərdi ki, Şuraya sahə üzrə Prezidentin köməkçisi rəhbərlik etsin. Lakin görünən odur ki, ali hakimiyyət sektorun inkişafını artıq daha geniş strateji çərçivədə qiymətləndirir. Xüsusilə süni intellekt sahəsində regionda və dünyada gedən sürətli proseslər, dövlətlərarası rəqabətin məhz texnologiya üzərindən qurulması və rəqəmsal suverenlik məsələsinin aktuallaşması bu qərarın arxasında duran əsas motivlərdən biri kimi görünür. Fəaliyyət Planı 5 prioritet istiqamət - rəqəmsallaşma, innovasiya, süni intellekt, kibertəhlükəszilik və idarəetmə üzrə qurulub və hər istiqamətdə “sahəsində fəaliyyətin təkmilləşdirilməsi” nəzərdə tutulur. Bu isə mövcud ekosistemin kosmetik yox, sistemli şəkildə yenilənməsi deməkdir. Düşünmək olar ki, mövcud ənənəvi yanaşmalar dəyişəcək, tənzimləmə təkmilləşəcək, paralel platformalar aradan qaldırılacaq, vahid arxitektura modelinə keçid olacaq və idarəetmə sərtləşdiriləcək".

Osman Gündüzün fikrincə, fəaliyyət planı yetərincə konkretdir: "Plan çərçivəsində 50-dən çox konkret tədbir müəyyən edilib və hər biri üzrə əsas icraçı qurum, digər iştirakçılar, icra müddəti və ölçülə bilən nəticə göstəriciləri təsbit olunub. Bu, məsuliyyətin konkretləşdirilməsi deməkdir.

Maraqlı və diqqətçəkən məqam həm də odur ki, RİNN-in adı əsas icraçı qurum olaraq çox yerdə gözə dəyir. Maliyyələşmə mexanizmi də ayrıca qeyd olunub – dövlət büdcəsindən konkret vəsait ayrılması, ayrıca sətirlə nəzərdə tutulması və rüblük hesabat mexanizmi tətbiq ediləcək. Bu isə Planın deklarativ sənəd deyil, icrası ölçüləcək real proqram olduğunu göstərir. Yəni bu Planın arxasında böyük pullar dayanacaq.

Şuranın tərkibinə iqtisadiyyat, maliyyə, elm və təhsil, ədliyyə, Mərkəzi Bank və Dövlət Neft Fondu kimi qurumların daxil edilməsi də təsadüfi deyil. Bu, rəqəmsallaşmanın artıq təkcə İKT və texnologiya məsələsi olmadığını göstərir. Söhbət yeni dövlət arxitekturasından, milli rəqabət qabiliyyətindən, rəqəmsal suverenlikdən və iqtisadi modelin transformasiyasından gedir.

Düşünürəm ki, burada əsas məqsəd rəqəmsal sahədə pərakəndəliyi aradan qaldırmaq və vahid, mərkəzləşdirilmiş idarəetmə modelinə keçməkdir. Bu da indiki məqamda çox vacib addımdır".

Mehriban İbadova

News Feed

Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07