Təhsil 365 - Logo Mobile

Tələbələrin psixoloji problemləri və universitet mühiti – Psixoloqla müsahibə

13914.03.2026 - 19:02
Tələbələrin psixoloji problemləri və universitet mühiti – Psixoloqla müsahibə

Universitet həyatı gənclərin həyatında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu dövrdə tələbələr həm akademik məsuliyyətlərlə, həm də yeni sosial mühitə uyğunlaşmaqla qarşılaşırlar.

Tələbələrin psixoloji vəziyyəti və universitet mühitində qarşılaşdıqları çətinliklər barədə Xəzər Universitetinin-nin psixoloqu Mirsadiq Muxtarov “Tehsil365" ilə söhbətləşdi.

Universitetə yeni qəbul olunan tələbələrin adaptasiya prosesində ən çox qarşılaşdığı psixoloji çətinliklər hansılardır?

– Universitetə yeni qəbul olunan tələbələr üçün həyatın tamamilə yeni bir mərhələsi başlayır və bu dəyişiklik bir çox psixoloji çətinliklərlə müşayiət oluna bilir. Ən çox rast gəlinən problemlərdən biri yeni mühitə uyğunlaşma prosesidir. Orta məktəb mühitindən fərqli olaraq universitetdə daha sərbəst və fərqli bir mühit mövcuddur. Bu cür dəyişiklik bəzi tələbələrdə özünə inamsızlıq, qərar verməkdə çətinlik və gələcəklə bağlı qeyri-müəyyənlik düşüncələri formalaşdıra bilir. Digər çox müşahidə edilən mühüm çətinlik isə sosial adaptasiya ilə bağlıdır. Tələbələr təhsil müddəti boyunca yeni dost çevrəsi qurmalı, fərqli düşüncə, dəyər və mədəniyyətə malik insanlarla ünsiyyət yaratmalıdırlar. Xüsusilə başqa şəhərdən gələn və ailədən ilk dəfə ayrı yaşayan gənclərdə tənhalıq hissi, ev və ailə üzvləri üçün darıxma və bir sıra digər çətinliklər müşahidə oluna bilir. Bütün bunlar isə öz növbəsində adaptasiya dövründə tələbələrin psixoloji dəstəyə və düzgün yönləndirməyə ehtiyacını artırır.

Birinci kurs tələbələrinin universitet mühitinə daha tez uyğunlaşması üçün hansı psixoloji dəstək vacib hesab olunur?

– Birinci kurs tələbələrinin universitet mühitinə uyğunlaşmasında ən vacib faktorlardan biri psixoloji maarifləndirmə və dəstək proqramlarıdır. Universitetlərin ilk aylarda tələbələr üçün adaptasiya proqramları, ilkin tanışlıq seminarları və psixoloji təlimlər təşkil etməsi bu prosesə müsbət təsir göstərir. Belə tədbirlər tələbələrə yeni mühitin qaydalarını, akademik gözləntiləri və vaxtın düzgün idarə olunması kimi bacarıqları daha yaxşı mənimsəməyə kömək edir. Bundan əlavə, müasir təcrübədə universitetlərdə mentorluq sistemi də olduqca faydalı hesab olunur. Yuxarı kurs tələbələrinin və ya müəllimlərin birinci kurs tələbələrinə istiqamət verməsi onların özlərini daha güvənli hiss etməsinə kömək edə bilir. Eyni zamanda universitet daxilində fəaliyyət göstərən psixoloji xidmət mərkəzləri tələbələrə fərdi konsultasiya, stresslə mübarizə və emosional dəstək xidmətləri təqdim etməklə tələbələrdə adaptasiya prosesini daha sağlam şəkildə keçirməyə imkan yaradır.

İmtahan dövründə tələbələr arasında stress və narahatlıq nə qədər yayğındır?

– İmtahan dövrü tələbələr arasında psixoloji gərginliyin ən yüksək olduğu mərhələlərdən biridir. Bir çox tələbə bu dövrdə yüksək gözləntilər, ailə və mühit təzyiqi və zaman çatışmazlığı səbəbindən stress və narahatlıq yaşayır. Tədqiqatlar göstərir ki, tələbələrin böyük bir qismi imtahanlara yaxın dövrdə yuxu pozuntuları, diqqət dağınıqlığı, həyəcan və emosional gərginlik kimi simptomlarla qarşılaşır. Qeyd etdiklərimizə baxmayaraq, müəyyən səviyyədə stress motivasiyaedici rol da oynaya bilər. “Eustress” adlandırdığımız bu stress növü tələbələrin daha diqqətli olmasına, onların məsuliyyət hissinin artmasına və qarşıya qoyduğu məqsədə çatmaq üçün daha səmərəli çalışmasına kömək edə bilir. Bu məsələdə problem o zaman yaranır ki, stress səviyyəsi həddindən artıq olur və bu da öz növbəsində tələbənin performansına mənfi təsir göstərir. Bu halda tələbələrdə özünə inamsızlıq, panika və hətta imtahan fobiyası kimi hallar meydana çıxa bilər. Buna görə də sırf bu mövzuda tələbələrə stressin idarə olunması, düzgün planlaşdırma və istirahət vaxtının nəzərə alınması ilə bağlı psixoloji maarifləndirmələr, konsultasiyalar çox vacibdir.

Akademik uğursuzluq və aşağı nəticələr tələbələrin psixoloji vəziyyətinə necə təsir edir?

– Akademik uğursuzluq bir çox tələbə üçün yalnız təhsil nəticəsi deyil, həm də onların özünə qarşı şəxsi dəyər düşüncəsi ilə də əlaqələndirilir. Bu səbəbdən aşağı qiymətlər və ya imtahanlardan kəsilmək tələbələrdə özünə inamın azalmasına, motivasiya itkisinə və məyusluq hissinə səbəb ola bilir. Bəzi hallarda tələbə özünü digərləri ilə müqayisə edərək daha çox psixoloji təzyiq hiss edir. Qeyd etmək lazımdır ki, uğursuzluğa münasibətin özü əsasən psixoloji faktordur. Əgər tələbə uğursuzluğu şəxsi inkişaf üçün bir təcrübə kimi qəbul etməyi öyrənərsə, bu vəziyyət onun motivasiyanın artmasına səbəb ola bilər. Buna görə də müəllimlərin və psixoloqların tələbələrə uğursuzluğu düzgün interpretasiya (şərh) etməyi, səhvlərdən nəticə çıxarmağı və özünə qarşı daha rasional (yəni məntiqli) yanaşma formalaşdırmağı öyrətməsi mühüm əhəmiyyət kəsb edir.

Sosial şəbəkələr və texnologiyanın tələbələrin diqqətinə və dərs motivasiyasına təsiri barədə nə deyə bilərsiniz?

– Sosial şəbəkələr və texnologiyanın tələbələrin diqqətinə və dərs motivasiyasına təsirinə gəldikdə isə, müasir dövrdə sosial şəbəkələr və texnologiya tələbə həyatının ayrılmaz hissəsinə çevrilib. Onların müsbət tərəfləri olsa da, həddindən artıq istifadə diqqət və konsentrasiya problemlərinə səbəb ola bilər. Daim bildirişlərə baxmaq, sosial şəbəkələrdə qısa və sürətli informasiya axınına məruz qalmaq tələbələrin dərs zamanı diqqətini uzun müddət bir mövzu üzərində saxlamaqda çətinlik yaratdığı müşahidə olunur. Eyni zamanda sosial şəbəkələrdə başqalarının uğurlarının tez-tez nümayiş etdirilməsi bəzi tələbələrdə özünü başqalarıilə müqayisə və yetərsizlik düşüncələri kimi psixoloji təsirlər formalaşdıra bilir. Buna görə də tələbələrin sosial mediadan balanslı və məqsədyönlü istifadə vacibdir. Bu səbəbdən tələbələrin sosial şəbəkələrdən gün ərzində müəyyən və məhdud vaxtlarda istifadə etməyi vərdiş halına gətirməsi onların həm diqqətlərinin daha yaxşı cəmlənməsinə, həm də dərs motivasiyalarının qorunmasına müsbət təsir göstərə bilər.

Universitetlərdə psixoloji xidmətlərin rolu nə qədər önəmlidir?

– Universitetlərdə psixoloji xidmətlərin fəaliyyəti məsələsinə gəldikdə isə, bu cür xidmətlər tələbələrin psixi sağlamlığının qorunması baxımından son dərəcə vacibdir. Psixlogiyada gənclik dövrü insanın şəxsiyyət formalaşmasının ən həssas mərhələlərindən biridir və bu dövrdə akademik təzyiq, sosial dəyişikliklər və gələcəklə bağlı narahatlıqlar müxtəlif psixoloji çətinliklər yarada bilir. Peşəkar psixoloji xidmətlər tələbələrə bu çətinliklərlə daha sağlam şəkildə mübarizə aparmaq imkanı verir. Bu xidmətlər vasitəsilə tələbələr fərdi psixoloji konsultasiyalar ala, çətinliklərini daha rahat ifadə edə və stress, narahatlıq kimi halların idarə olunması ilə bağlı dəstək əldə edə bilirlər. Qeyd edilənlərdən əlavə, universitet daxilindəki psixoloji mərkəzlər yalnız problem yarandıqda deyil, həm də profilaktik məqsədlərlə fəaliyyət göstərməlidir. Stressin idarə olunması, emosional intellekt, ünsiyyət bacarıqları və özünü inkişaf mövzularında keçirilən seminar və təlimlər tələbələrin həm akademik, həm də şəxsi həyatında daha balanslı və sağlam inkişafına zəmin yaradır. Bu baxımdan universitetlərdə psixoloji xidmətlərin gücləndirilməsi müasir təhsil sisteminin vacib tələblərindən biridir.

Mirsadiq Muxtarov

Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, Psixoloq

Nərmin Mustafayeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21