Təhsil 365 - Logo Mobile

Qloballaşan dünyada ali təhsilin strateji rolu və ADU-nun beynəlxalq akademik mövqeyi

10702.04.2026 - 09:55
Qloballaşan dünyada ali təhsilin strateji rolu və ADU-nun beynəlxalq akademik mövqeyi

Müasir dövrdə ali təhsil müəssisələri cəmiyyətin intellektual və sosial inkişafının əsas dayaqlarından biri kimi çıxış edir. Universitetlər yalnız mütəxəssis hazırlamaqla kifayətlənmir, eyni zamanda elmi biliklərin formalaşdırılması, innovativ yanaşmaların təşviqi, yaradıcı düşüncənin inkişaf etdirilməsi və cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan, universitetlərin beynəlxalq akademik məkandakı mövqeyi həm təhsil səviyyəsinin keyfiyyət göstəricisi, həm də ölkənin ümumi inkişaf potensialının ifadəsi kimi qiymətləndirilir.

2026-cı il martın 25-də “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlində əks olunan nəticələri 1994-cü ildən etibarən həyatını bu universitetə bağlayan bir şəxs üçün əsl qürur mənbəyidir. Qeyd etmək lazımdır ki, QS reytinqləri beş əsas meyar üzrə hazırlanır və bu meyarlar ali təhsil müəssisələrini sistemli şəkildə qiymətləndirməyə imkan verir. Son illər ərzində Azərbaycan Dillər Universitetində həyata keçirilən islahatlar, elmi-pedaqoji fəaliyyətin uğurla yeni inkişaf mərhələsinə keçməsi, beynəlxalq akademik mübadilə proqramlarının genişləndirilməsi və müasir tədris metodlarının tətbiqi nəticəsində Azərbaycan Dillər Universitetinin qlobal akademik arenada mövqeyinin güclənəcəyi ilə bağlı əsaslı gözləntilər formalaşmışdır. Bu proseslər müəllim və tələbələrdə elmi fəaliyyətə marağın artırılması, onların tədqiqat kompetensiyalarının inkişaf etdirilməsi və akademik motivasiyanın yüksəldilməsi baxımından da mühüm rol oynamışdır. Universitetin rektoru akademik Kamal Abdullayevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunun artmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə vermişdir. QS reytinqinin 2026-cı il nəticələrinə əsasən, Azərbaycan Dillər Universiteti “Müasir dillər” istiqaməti üzrə 151–200-cü yerlər intervalında qərarlaşmışdır. Müqayisə üçün qeyd etmək olar ki, əvvəlki illərdə bu göstərici 301–340, 201–250 aralığında olmuşdur. Bu dinamika ali təhsil müəssisəsinin davamlı inkişaf yolunu və həyata keçirilən islahatların effektivliyini əyani şəkildə nümayiş etdirir. Bununla yanaşı, universitetin “Linqvistika” sahəsi üzrə ilk dəfə QS reytinqinə daxil olaraq 251–300-cü yerlər arasında mövqe qazanması xüsusi qeyd olunmalıdır. Bu fakt universitetin elmi-tədqiqat fəaliyyətinin genişlənməsi, akademik potensialın artması və beynəlxalq elmi şəbəkələrə inteqrasiyanın güclənməsi ilə izah oluna bilər. Ali təhsil müəssisəsinin fəaliyyətinin təhlil olunması, onların ixtisas və fənn istiqamətləri üzrə qiymətləndirilməsi QS reytinqlərinin metodoloji baxımdan genişmiqyaslı və kompleks xarakter daşıdığını göstərir. Bu isə əldə olunan nəticələrin obyektivliyini və beynəlxalq akademik ictimaiyyət üçün etibarlılığını təmin edən əsas amillərdəndir.

Azərbaycan Dillər Universitetinin əldə etdiyi bu nailiyyətlər yalnız bir təhsil müəssisəsinin uğuru deyil, bütövlükdə ölkənin elmi-intellektual potensialının və təhsil strategiyasının uğurlu təzahürü kimi qiymətləndirilməlidir. Mövcud inkişaf konsepsiyasının davamlı şəkildə həyata keçirilməsi, akademik heyətin yüksək peşəkarlığı və işə məsuliyyətli yanaşması gələcəkdə daha böyük beynəlxalq uğurların əldə olunacağına əsaslı inam yaradır.


İngilis və fransız dilləri fakültəsinin dekanı,
dosent Vəfa Babayeva

Aydan Ələkbərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36