Təhsil 365 - Logo Mobile

MDU mühəndislik kurikulumunu yeniləyir

7502.04.2026 - 09:45
MDU mühəndislik kurikulumunu yeniləyir

Mingəçevir Dövlət Universiteti mühəndislik və texnologiya istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tədrisin müasir çağırışlara uyğun yenilənməsi və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində daha bir mühüm addım atır. Universitet Pakistan-Azərbaycan Texnologiya Əməkdaşlıq Təşkilatı (Pakistan-Azerbaijan Technology Cooperation Organization – PATCO) şirkəti ilə qurulan əməkdaşlıq çərçivəsində mühəndislik proqramlarının yenidən qurulmasını, xüsusilə elektrik-elektronika və kompüter elmləri istiqamətləri üzrə kurikulumun müasir tələblərə uyğunlaşdırılmasını nəzərdə tutan yeni strateji mərhələyə başlayır.

Bu barədə Mingəçevir Dövlət Universitetindən “Tehsil365"ə məlumat verilib. Bildirlib ki, bu əməkdaşlığın əsas məqsədi MDU-nun gələcək inkişaf modelini daha da gücləndirmək, universiteti elm, innovasiya, təşəbbüskarlıq və sənaye əlaqələrinin vəhdətində fəaliyyət göstərən dünya səviyyəli dördüncü nəsil sahibkar universitet modelinə yaxınlaşdırmaqdır. Yeni tərəfdaşlıq çərçivəsində təklif olunan həllər yalnız tədris proqramlarının yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda universitetin elmi-tədqiqat, innovasiya və texnoloji inkişaf potensialının artırılmasına xidmət edir.

Bildirilib ki, nəzərdə tutulan strateji istiqamətlər sırasında Elm və Texnologiya Parkının yaradılması xüsusi yer tutur. Bu parkın müəllim və tələbə startaplarının inkişafı üçün mühüm platformaya çevrilməsi, universitet daxilində innovativ ideyaların təşəbbüsdən tətbiq mərhələsinə keçidini sürətləndirməsi gözlənilir. Yeni modeldə universitetin yalnız bilik ötürən deyil, eyni zamanda yeni texnoloji həllər formalaşdıran, sahibkarlıq təşəbbüslərini dəstəkləyən və sənaye ilə qarşılıqlı işləyən bir ali təhsil müəssisəsi kimi inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Əməkdaşlıq çərçivəsində elektrik-elektronika və kompüter elmləri üzrə kurikulumun yenilənməsi diqqət mərkəzindədir. Qeyd olunub ki, müasir dövrdə texnologiya və tədqiqat sahələri getdikcə daha çox fənlərarası xarakter alır. Bu baxımdan MDU-da xüsusilə kompüter elmləri və mühəndislik təhsilinin yenidən qurulması, kurikulumun real dünya tələblərinə, müasir sənaye çağırışlarına və elmi yeniliklərə uyğunlaşdırılması zəruri hesab edilir. Yenilənmiş tədris modelində tələbələrin yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlar, tətbiqi düşüncə, innovativ yanaşma və sənaye problemlərinə həll yönümlü hazırlıqla formalaşması əsas hədəflərdəndir.

Məlumata əsasən, əməkdaşlığın mühüm istiqamətlərindən biri də təlimçilərin təlimi proqramıdır. Bu mexanizm vasitəsilə müəllim heyətinin həm sinif, həm də laboratoriya təcrübəsinə əsaslanan yeni yanaşmalarla tanış olması, qabaqcıl pedaqoji və texnoloji təcrübələri mənimsəməsi planlaşdırılır. Beləliklə, yalnız tələbələrin deyil, eyni zamanda akademik heyətin də peşəkar inkişafının sistemli şəkildə dəstəklənməsi nəzərdə tutulur. Bu yanaşma universitetdə keyfiyyətli və dayanıqlı dəyişikliklərin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Birgə əməkdaşlığın daha bir vacib istiqaməti ortaq tədqiqat laboratoriyalarının yaradılmasıdır. Burada əsas məqsəd sənaye-akademiya modelinə əsaslanan funksional elmi mühit formalaşdırmaq, universitetin tədqiqat imkanlarını yeni texnoloji istiqamətlər üzrə gücləndirməkdir. Planlaşdırılan laboratoriyaların avtonom sistemlər, süni intellekt və maşın öyrənilməsi, kibertəhlükəsizlik, rəqəmsal mühəndislik, rəqəmsal inteqral sxemlər, elektrikli nəqliyyat vasitələri və digər perspektivli texnoloji sahələri əhatə etməsi nəzərdə tutulur. Bu laboratoriyalar vasitəsilə tələbə və müəllimlərin qlobal texnoloji trendlərə uyğun araşdırmalar aparması, sənaye yönümlü həllər üzərində işləməsi və beynəlxalq əməkdaşlıq platformalarında iştirak imkanlarının genişlənməsi gözlənilir.

Tərəfdaşlıq çərçivəsində təcrübə proqramlarının təşkili də xüsusi yer tutur. Bildirilib ki, bu istiqamətdə həm Azərbaycanda, həm də Pakistanda Elm və Texnologiya Parkları daxilində fəaliyyət göstərən aparıcı şirkətlərlə əməkdaşlıq mexanizmlərinin qurulması planlaşdırılır. Bununla yanaşı, Pakistanın qabaqcıl şirkətləri ilə mübadilə proqramlarının təşkili, tələbələrin və gənc tədqiqatçıların müxtəlif istehsalat və innovasiya mühitlərində real iş təcrübəsi qazanması nəzərdə tutulur. Bu yanaşma gələcək mütəxəssislərin əmək bazarına daha hazırlıqlı çıxmasına, onların beynəlxalq peşəkar çevrələrə inteqrasiyasına və texnoloji düşüncə çevikliyinin güclənməsinə mühüm töhfə verə bilər.

Əməkdaşlığın yekun buraxılış işləri və son kurs layihələri ilə bağlı hissəsi də mühüm strateji əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu istiqamətdə əsas məqsəd tələbələrin yekun işlərinin abstrakt nəzəri mövzular deyil, sənaye tərəfindən müəyyənləşdirilən real problemlər üzərində qurulmasıdır. Bu problemlərin həm Azərbaycan, həm də Pakistan tərəfinin müəyyən etdiyi aktual ehtiyaclara əsasən seçilməsi planlaşdırılır. Beləliklə, tələbələrin buraxılış işləri yalnız akademik nəticə kimi deyil, eyni zamanda praktik tətbiq imkanına malik texnoloji həllər kimi formalaşdırılacaq. Bu model universitet-sənaye əlaqələrinin dərinləşməsinə, tədqiqatların tətbiq yönümlülüyünün artmasına və gənc mütəxəssislərin yaradıcı potensialının daha səmərəli reallaşdırılmasına xidmət edəcək.

Qeyd olunub ki, Pakistanla qurulan bu əməkdaşlıq yalnız iki qurum arasında texniki anlaşma deyil, həm də ali təhsil, elm, innovasiya və texnoloji inkişaf sahələrində ortaq baxışa əsaslanan strateji tərəfdaşlıq nümunəsidir. Bu əməkdaşlıq çərçivəsində atılacaq addımların Mingəçevir Dövlət Universitetinin beynəlxalq nüfuzunun yüksəlməsinə, tədris keyfiyyətinin artmasına, tələbələrin rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına və universitetin regionun inkişafında rolunun daha da güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Beləliklə, MDU-da mühəndislik proqramlarının Pakistanla əməkdaşlıq fonunda yenidən qurulması universitetin inkişaf konsepsiyasında strateji dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Təhsil, tədqiqat, innovasiya və sənaye əməkdaşlığını bir platformada birləşdirən bu yanaşma universitetin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm istiqamətlərdən biri olacaq.

Aydan Ələkbərova

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21