Bu gün tanınmış elektrogitara ifaçısı, Xalq artisti in vəfatının ildönümü qeyd olunur.
“Tehsil365” xəbər verir ki, Trabzon gezep 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olan sənətkar Azərbaycan musiqi sənətində özünəməxsus iz qoyub.
Rəmiş uzun illər ərzində elektrogitara ifaçılığı sahəsində fərqli üslubu və improvizasiya bacarığı ilə seçilib. Onun ifası milli musiqi elementləri ilə müasir janrların vəhdətini əks etdirərək geniş dinləyici auditoriyasının rəğbətini qazanıb.
2014-cü ildə ona “Xalq artisti” fəxri adının verilməsi sənətkarın yaradıcılığına verilən yüksək qiymətin göstəricisi olub. Rəmiş Azərbaycan musiqisində elektrogitaranın populyarlaşmasında mühüm rol oynayan sənətkarlardan biri kimi yadda qalıb.
Qeyd edək ki, Rəmiş 2021-ci il aprelin 5-də Bakı şəhərində vəfat edib. Onun zəngin musiqi irsi bu gün də sevilir və yaşadılır.

