Təhsil 365 - Logo Mobile

Bağçalarda erkən akademik yük nə dərəcədə doğrudur? – Məktəbəqədər təhsil eksperti açıqladı

8214.04.2026 - 19:02
Bağçalarda erkən akademik yük nə dərəcədə doğrudur? – Məktəbəqədər təhsil eksperti açıqladı

Son illərdə bəzi məktəbəqədər təhsil müəssisələrində uşaqlara erkən yaşlardan oxu, yazı və riyazi biliklərin intensiv şəkildə öyrədilməsi geniş yayılıb. Valideynlərin böyük bir qismi bunu uşağın gələcək uğuru üçün vacib hesab edir. Lakin mütəxəssislər bu yanaşmanın həm müsbət, həm də mənfi tərəflərinin olduğunu bildirirlər.

Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.

Ekspert bildirib ki, “Erkən yaşda akademik bacarıqların verilməsi prinsip etibarilə yanlış deyil. Problem bu biliklərin hansı formada və hansı intensivlikdə təqdim olunmasıdır.”

Onun sözlərinə görə, məktəbəqədər dövrün əsas məqsədi fərqlidir: “Bu yaş mərhələsində uşağın əsas fəaliyyəti oyun olmalıdır. Oyun vasitəsilə uşaq həm sosial bacarıqlar qazanır, həm də öyrənmə prosesinə təbii şəkildə daxil olur. Akademik yük bu prosesi əvəz etdikdə balans pozulur.”

Ekspert qeyd edib ki, bəzi bağçalarda bu balans ciddi şəkildə pozulur: “Praktikada görürük ki, bəzi müəssisələrdə uşaqlar saatlarla masa arxasında saxlanılır, yazı və hesab tapşırıqları ilə yüklənir. Bu isə onların yaş xüsusiyyətlərinə uyğun deyil.”

Onun fikrincə, bu yanaşmanın əsas səbəblərindən biri valideyn gözləntiləridir: “Valideynlər uşaqlarının erkən yaşda oxuyub-yazmasını uğur göstəricisi kimi qəbul edir. Nəticədə bağçalar da bu tələbatı qarşılamaq üçün proqramı ağırlaşdırır.”

Ekspert vurğulayıb ki, erkən akademik təzyiqin psixoloji təsirləri də nəzərə alınmalıdır: “Uşaq öyrənmə prosesini maraqlı kəşf kimi deyil, məcburiyyət kimi qəbul etməyə başlayır. Bu isə uzunmüddətli perspektivdə motivasiya itkisinə səbəb ola bilər.”

Eyni zamanda o əlavə edib ki, hər uşaq fərqlidir: “Bəzi uşaqlar erkən akademik fəaliyyətə hazır ola bilər, digərləri isə yox. Hamıya eyni yanaşmanı tətbiq etmək düzgün deyil.”

Ekspert balanslı yanaşmanın vacibliyini xüsusi vurğulayıb: “Akademik biliklər oyun, vizual materiallar və gündəlik həyat fəaliyyətləri vasitəsilə, təzyiqsiz şəkildə verilməlidir. Məqsəd nəticə yox, proses olmalıdır.”

O, müəllimlərin roluna da toxunub: “Məktəbəqədər təhsil işçiləri yalnız öyrədən deyil, eyni zamanda müşahidə edən və uşağın inkişaf tempinə uyğun istiqamət verən şəxs olmalıdır.”

Sonda ekspert qeyd edib ki, “Erkən akademik yük qısa müddətdə ‘nəticə’ versə də, bu hər zaman sağlam inkişaf demək deyil. Uşaqlığın əsas funksiyası inkişafdır, yarış deyil.”

Nərmin Mustafayeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21