Təhsil 365 - Logo Mobile

Nur paylayan alim: Zərifə Əliyevanın həyat yolu və mənəvi dünyası

11515.04.2026 - 06:11
Nur paylayan alim: Zərifə Əliyevanın həyat yolu və mənəvi dünyası

Azərbaycanın tibb elmi, xüsusən də oftalmologiya sahəsi haqqında danışarkən, ilk xatırlanan və ehtiramla anılan sima akademik Zərifə xanım Əliyevadır. O, təkcə gözlərə işıq verən bir həkim deyil, həm də Azərbaycan qadınının intellektini, zərifliyini və mənəvi ucalığını özündə birləşdirən bir rəmzdir. Bu gün onun anım günündə biz, bir alimin elmi zirvəyə gedən yoluna və qoyub getdiyi mənəvi xəzinəyə nəzər salırıq.

Zərifə xanım 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində, Azərbaycanın görkəmli dövlət xadimi və həkimi Əziz Əliyevin ailəsində dünyaya gəlib. Bu ailə onun gələcək taleyini müəyyən edən ən böyük məktəb idi. Atasının tibb sahəsindəki fədakarlığı, evlərindəki elmi mühit Zərifə xanımın uşaq yaşlarından tibb elminə bağlanmasına səbəb oldu. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra o, taleyini oftalmologiya ilə bağlamağa qərar verdi və bu seçim minlərlə insanın dünyanı yenidən görməsinə vəsilə oldu.

Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycanın ən çətin dövrlərindən birinə təsadüf edirdi. O zaman ölkədə görmə qabiliyyətini itirməyə səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı. Gənc tədqiqatçı Zərifə xanım rayonlara gedir, xəstəlik ocaqlarını aşkar edir və ən ağır şəraitdə xəstələri müalicə edirdi. O, traxomanın müalicəsində geniş istifadə olunan effektiv metodlar işləyib hazırladı ki, bu da ölkədə həmin xəstəliyin tamamilə ləğv edilməsində həlledici rol oynadı. Zərifə xanımın elmdəki ən böyük xidmətlərindən biri dünyada ilk dəfə olaraq peşə oftalmologiyası sahəsində tədqiqatlar aparmasıdır. O, kimya və neft sənayesində çalışan insanların görmə orqanlarına istehsalat zərərli maddələrinin təsirini öyrənən elmi laboratoriya yaratmışdı. Bu sahədəki misilsiz nailiyyətlərinə görə o, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Auerbax adına mükafatına layiq görülən ilk qadın alim kimi tarixə düşdü. Zərifə xanım Əliyevanı fərqləndirən əsas cəhət onun xəstələrinə olan münasibəti idi. O hesab edirdi ki, həkimin xəstəyə verdiyi ümid, yazdığı dərmandan daha təsirlidir.

O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mənəvi dayağı idi. Eyni zamanda, o, dövlətimizə və xalqımıza layiqli rəhbər - Prezident İlham Əliyev kimi bir oğul böyüdən müqəddəs bir ana obrazıdır. Zərifə xanımın həyat yolu bizə öyrədir ki, əsl alim olmaq üçün təkcə zəka kifayət deyil; həm də böyük bir ürəyə və insan sevgisinə sahib olmaq lazımdır. Xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Osman Azadoğlu

Zeynəb Quluyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36