Türk dövlətinin rəsmi qurumu əmək bazarı ilə bağlı süni intellekt barədə açıqlama verib.
Qırğızıstanda süni intellektin inkişafı ilə əlaqədar əmək bazarının strukturu dəyişir, lakin söhbət insanların maşınlarla tamamilə əvəz olunmasından getmir.
“Tehsil365” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və İnnovativ Texnologiyalar Nazirliyindən bildirilib.
Hansı sahələr risk altındadır?
Nazirliyin məlumatına görə, texnologiyalar ilk növbədə təkrarlanan hərəkətlərə əsaslanan sahələrə təsir edəcək. İş yerlərinin qismən ixtisarı riski ilə aşağıdakı peşə sahibləri üzləşə bilər:
İnzibati heyət;
Çağrı mərkəzi operatorları;
Başlanğıc səviyyəli tərcüməçilər;
İlkin sənədlərlə işləyən mühasiblər.
Dəyişikliklər media və təhsilin müəyyən seqmentlərinə də təsir edəcək — belə ki, süni intellekt artıq şablon mətnlər hazırlamaq və test tapşırıqlarını yoxlamaq qabiliyyətinə malikdir.
Sİ-nin əvəz edə bilməyəcəyi peşələr
Eyni zamanda vurğulanıb ki, tibb, hüquq, İT, təhsil və dövlət idarəçiliyi kimi sahələrdə texnologiyalar mütəxəssisləri əvəz etməyəcək, əksinə, bir alət rolunu oynayaraq onların işini daha da gücləndirəcək.
Ən sürətli transformasiyanın artıq rəqəmsal bazası formalaşmış bank sektoru, telekommunikasiya və dövlət xidmətlərində baş verəcəyi gözlənilir.
Əsas trend: Kreativlik və Analitika
Nazirlik qeyd edib ki, əmək bazarında əsas tendensiya rutin işlərin payının azalması və analitik həmçinin kreativ bacarıqlara malik mütəxəssislərə tələbatın artması olacaq.

