Təhsil 365 - Logo Mobile

“Yaxşı şagird kimdir: sakit, yoxsa yaradıcı?”

8822.04.2026 - 19:18
“Yaxşı şagird kimdir: sakit, yoxsa yaradıcı?”

Məktəbdə “yaxşı şagird” anlayışı illərdir dəyişməz kimi görünür: dərsdə sakit oturan, müəllimi diqqətlə dinləyən və verilən tapşırıqları vaxtında yerinə yetirən uşaq. Amma sual yaranır — bu kifayətdirmi? Yoxsa müasir dünyada fərqli düşünən, sual verən və yaradıcı uşaqlar daha çox önə çıxmalıdır?

“Tehsil365" bu mövzu ilə bağlı araşdırma etdi.

Valideyn baxışı: sakitlik və nizam ön planda

Araşdırma zamanı danışdığımız valideynlərin böyük əksəriyyəti üçün “yaxşı şagird” ilk növbədə nizam-intizamlı uşaqdır:“Əsas odur ki, dərsdə sakit olsun, müəllimi dinləsin və yaxşı qiymətlər alsın. Problem yaratmaması daha vacibdir.”

Bununla belə, bəzi valideynlər artıq fərqli yanaşmanı da qəbul etməyə başlayıb:“Uşağın öz fikrini deməsi vacibdir. Həmişə qaydalara uyğun olmaq onun inkişafını məhdudlaşdıra bilər.”

Müəllim baxışı: balans axtarışı

Müəllimlər üçün sinifdə intizam əsas şərtlərdən biridir:“Əgər sinifdə nizam olmasa, dərsi effektiv şəkildə aparmaq çətinləşir.”

Lakin onlar da etiraf edir ki, yaradıcı və aktiv uşaqlar fərqli yanaşma tələb edir:“Belə uşaqlar çox sual verir və bəzən dərsin axarını dəyişir. Amma bu maraq əslində müsbət haldır. Sadəcə, düzgün istiqamətləndirilməlidir.”

Ekspert rəyi: sistem standartlara fokuslanıb

Təhsil üzrə mütəxəssislər mövcud yanaşmanın daha çox standart nəticələrə yönəldiyini vurğulayır:“Vahid proqram və eyni temp bütün şagirdlər üçün uyğun deyil. Bu isə yaradıcı və fərqli düşünən uşaqların potensialını məhdudlaşdıra bilər.”

Ekspertlərin fikrincə, əsas problem yalnız qaydaların mövcudluğu deyil, onların tətbiq formasıdır:“Təhsil sistemi həm intizamı qoruyub saxlamalı, həm də şagirdlərin sərbəst düşünməsinə şərait yaratmalıdır.”

Psixoloq baxışı: görünməyən təzyiq və daxili təsir

Psixoloqlar isə məsələyə uşağın daxili dünyası prizmasından yanaşır:“Daim ‘düzgün olmağa’ çalışan uşaq zamanla öz fikrini ifadə etməkdən çəkinə bilər. Bu isə onun özgüvəninə və qərarvermə bacarığına mənfi təsir göstərir.”

Onların fikrincə, fərqli düşünən uşaqların “problemli” kimi qəbul olunması risklidir:“Aktiv və sual verən uşaqlar çox vaxt ‘çətin uşaq’ kimi etiketlənir. Halbuki bu, inkişafın göstəricisidir. Bu uşaqlar düzgün istiqamətləndirilməzsə, ya susmağa məcbur olur, ya da sistemdən uzaqlaşır.”

Psixoloqlar həmçinin vurğulayır ki, uşağın özünü sərbəst ifadə edə bilməməsi gələcəkdə daha böyük problemlərə yol aça bilər:“Uşaqlıqda sıxılan və özünü ifadə edə bilməyən fərd böyüyəndə təşəbbüs göstərməkdə çətinlik çəkə bilər.”

Aparılan müşahidələr göstərir ki, məktəblər çox vaxt idarəolunan və qaydalara uyğunlaşan şagirdləri üstün tutur. Halbuki müasir cəmiyyət daha çox təşəbbüskar, yaradıcı və tənqidi düşünən fərdlərə ehtiyac duyur.Bəlkə də problem uşaqlarda deyil.Bəlkə də problem onların fərqli olmasına tam hazır olmayan sistemdədir

Nərmin Mustafayeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36