Fizika, tarix və coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edilib.
“Tehsil365“ xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələrlə tanış ola bilərlər.
Nəzərinizə çatdırırıq ki, biologiya fənni üzrə ilkin nəticələrin növbəti həftə ərzində elan olunması planlaşdırılır.
Şagirdlərin diqqətinə! Fizika fənni yuxarı yaş qrupu üzrə I və II yer, aşağı yaş qrupu üzrə isə I yerin sahibi olan şagirdlər 25 aprel saat 09:00-da Təhsil Texnologiyalar Mərkəzində (Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 109) keçiriləcək Beynəlxalq Fizika Olimpiadasının seçmə imtahanında iştirak edə bilərlər.
Qalib şagirdlərin adlı siyahısını təqdim edirik:
Fizika AYQ
Fizika YYQ
Tarix AYQ
Tarix YYQ
Coğrafiya AYQ
Coğrafiya YYQ

