Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi tərəfindən Mühəndislik fakültəsinin “Sənaye mühəndisliyi” ixtisası üzrə I və III kurs tələbələri üçün “Azertexnolayn” MMC-nin Texniki Avadanlıqlar Zavoduna ekskursiya təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Sənaye mühəndisliyi kafedrasının müdiri dosent Pərviz Məmmədovun rəhbərliyi ilə baş tutan ekskursiyanın əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək olub.
Səfər çərçivəsində tələbələr zavodun istehsal sahələri ilə yaxından tanış olub, real iş mühitində tətbiq olunan texnololoji proseslər barədə ətraflı məlumat əldə ediblər.
Bununla yanaşı, iştirakçılara müəssisədə əməyin mühafizəsi və iş təhlükəsizliyi qaydaları, eləcə də istehsal proseslərinin təşkili ilə bağlı praktiki bilik və tövsiyələr təqdim olunub.

