Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin XI B sinif şagirdi Əliyeva Nigar Xəyyam qızı buraxılış imtahanında 297.50 bal toplayaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ən yüksək nəticəyə imza atıb.
“Tehsil365” xəbər verir ki, bu barədə idarənin Facebook səhifəsində paylaşım edilib.
Qeyd edilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 675 şagird 200 baldan yuxarı nəticə göstərib.

