Təhsil 365 - Logo Mobile

Zərifə Əliyeva – elm və mərhəmətin vəhdəti

11327.04.2026 - 13:36
Zərifə Əliyeva – elm və mərhəmətin vəhdəti

Azərbaycanın tibb elmi tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti təkcə elmi kəşflərlə deyil, həm də xalqa olan sonsuz məhəbbətlə ölçülür. 28 aprel – müasir Azərbaycan oftalmologiya məktəbinin banisi, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. O, bir alim kimi zirvələri fəth etməklə yanaşı, həm də Azərbaycanın taleyində silinməz izlər qoyan iki böyük liderin – Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və İlham Əliyevin mənəvi dünyasını formalaşdıran ana kimi tariximizə düşmüşdür.

“Tehsil365” xəbər verir ki , Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Görkəmli dövlət xadimi, Azərbaycanın səhiyyə sisteminin qurucularından biri olan Əziz Əliyevin ailəsində böyüyən Zərifə xanım, hələ uşaqlıqdan mərhəmət, intizam və elmə sevgi ruhunda tərbiyə almışdı. Bu mühit onun gələcəkdə insanlara şəfa paylayan bir həkim kimi yetişməsində mühüm rol oynamışdır.

Zərifə Əliyevanın həyat yolu Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev ilə kəsişdikdən sonra bu ittifaq sadəcə bir ailə deyil, mənəvi bir dayaq mərkəzinə çevrildi. Heydər Əliyev kimi nəhəng bir siyasətçinin çiyinlərindəki ağır dövlət yükünü bölüşən, ona ən çətin anlarda mənəvi dəstək olan məhz Zərifə xanım idi. Ulu Öndər hər zaman Zərifə xanımın onun həyatındakı rolunu yüksək qiymətləndirərək demişdir: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi.” Bu iki şəxsiyyətin birliyi Azərbaycan cəmiyyətinə vəfalı olmağın, ailə dəyərlərini qorumağın və vətənpərvərliyin ən mükəmməl nümunəsini təqdim etdi.

Zərifə xanımın ən böyük əsəri, heç şübhəsiz ki, Azərbaycanı bugünkü zəfərlərə daşıyan, xalqın rəhbəri İlham Əliyevdir. Prezident İlham Əliyevin xarakterindəki soyuqqanlılıq, intellektual dərinlik və insani sadəlik məhz Zərifə xanımın verdiyi tərbiyənin bəhrəsidir. Anasının şəfqətini və atasının qətiyyətini özündə birləşdirən cənab Prezident, bu gün Azərbaycanı dünyada qüdrətli dövlətə çevirməklə həm də bu böyük ailənin irsini yaşadır.

Onun elmi fəaliyyəti xüsusilə göz xəstəliklərinin öyrənilməsi, onların profilaktikası və müalicəsi istiqamətində mühüm yeniliklərlə yadda qalmışdır. Zərifə Əliyeva istehsalatla bağlı göz xəstəliklərinin tədqiqi sahəsində dəyərli araşdırmalar aparmış, bu istiqamətdə fundamental əsərlər yazmışdır. Onun elmi irsi bu gün də Azərbaycan tibbində və beynəlxalq oftalmologiya elminin inkişafında mühüm rol oynayır.

Zərifə Əliyeva 1985-ci ildə vəfat etsə də, onun işığı bu gün də gözlərinə şəfa tapmış minlərlə insanın sevincində, onun adını daşıyan Milli Oftalmologiya Mərkəzində və gənc həkimlərin elmi axtarışlarında yaşayır. Hər il 28 aprel tarixində xalqımız Fəxri Xiyabana üz tutur, bu böyük xanımın məzarı önündə ehtiramla baş əyir. Zərifə xanım Əliyeva bizim yaddaşımızda sadəcə bir akademik deyil, Azərbaycan qadınının intellektual gücünü, şəfqətini və zərifliyini özündə birləşdirən əbədi bir rəmzdir.


Zəhra Əliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36