Təhsil 365 - Logo Mobile

"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF

8227.04.2026 - 19:00
"Problemli, sinifdə xaos yaradan şagirdlər üçün ayrıca təhsil müəssisələri yaradılsın" - TƏKLİF

Tərbiyə məqsədilə uşaqlara qarşı fiziki və psixoloji zorakılığın tətbiqinə görə cərimələrin nəzərdə tutulması ilə bağlı yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. İnzibati Xətalar Məcəlləsinə təklif edilən 525-1-ci maddəyə əsasən, valideynlər, eləcə də uşaqlara nəzarət funksiyasını yerinə yetirən müəllimlər, tibb və sosial xidmət işçiləri, digər müvafiq qurumların əməkdaşları tərəfindən uşağa qarşı cismani cəza tətbiq edilməsi artıq inzibati məsuliyyət yaradır. Bu hallarda iki yüz manatadək cərimə nəzərdə tutulur.

Layihədə xüsusilə vurğulanır ki, “tərbiyə məqsədilə” adı altında həyata keçirilən hər hansı fiziki və ya psixoloji təzyiq forması zorakılıq kimi qiymətləndiriləcək. Bu isə o deməkdir ki, indiyə qədər bəzi hallarda “tərbiyə üsulu” kimi qəbul edilən davranışlara artıq hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı cəmiyyətdə fərqli yanaşmalar mövcuddur. Bir qisim hesab edir ki, bu dəyişiklik uşaqların hüquqlarının qorunması baxımından mühüm addımdır və ailə daxilində, eləcə də təhsil müəssisələrində zorakılığın qarşısının alınmasına xidmət edəcək. Digər tərəfdən isə belə fikirlər səslənir ki, əvvəllər müəllimin şagirdə sərt şəkildə irad bildirməsi və ya valideynin müəyyən hallarda fiziki cəza tətbiq etməsi tərbiyə vasitəsi kimi qəbul edilirdisə, indi bu yanaşma cərimə ilə nəticələnə bilər.

Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssisin fikrincə, sinifdə xaos yaradan şagirdlərə qarşı da ciddi addımlar atılmalı, çətin tərbiyə olunanlar üçün ayrıca təhsil müəssisələri yaradılmalıdır:

"Hesab edirəm ki, burada əsas məsələ müəllimlərin nüfuzunun qorunması və tədris mühitinin sağlam saxlanılmasıdır. Bu baxımdan, müəllimi həddindən artıq əsəbiləşdirən, onu psixoloji və ya hətta fiziki təzyiq göstərmək həddinə çatdıran şagirdlərə qarşı da müəyyən qaydaların sərtləşdirilməsi zəruridir. Çünki bəzi hallarda müşahidə olunur ki, elə şagirdlər var ki, onlar ümumiyyətlə, tədris prosesini tamamilə pozur, sinifdə nizam-intizamı dağıdır və həm müəllimin, həm də digər şagirdlərin hüquqlarını ciddi şəkildə məhdudlaşdırırlar.

Bu cür halların qarşısını almaq üçün düşünürəm ki, beynəlxalq təcrübəyə nəzər salmaq faydalı olar. Necə ki, bir sıra xarici ölkələrdə çətin tərbiyə olunan, davranış problemləri olan uşaqlar üçün xüsusi təhsil müəssisələri fəaliyyət göstərir, Azərbaycanda da ən azı belə alternativ təhsil modellərinin yaradılması vacibdir. Bu cür müəssisələrin əsas məqsədi həmin şagirdləri cəmiyyətdən təcrid etmək deyil, əksinə, onların davranışlarını korrektə etmək, psixoloji dəstək göstərmək və uyğun tədris mühiti formalaşdırmaqdır. Beləliklə, həm ümumi məktəblərdə tədrisin keyfiyyəti qorunar, həm də problemli şagirdlər fərdi yanaşma ilə daha düzgün istiqamətə yönləndirilə bilər.

Digər tərəfdən, fiziki şiddət məsələsi qətiyyən qəbulolunmazdır. Müəllimlər də, valideynlər də öz davranışlarına xüsusi diqqət yetirməli, uşaqlarla ünsiyyətdə pedaqoji etikaya riayət etməlidirlər. Eyni zamanda, şagirdlər də öz məsuliyyətlərini dərk etməli, davranışlarında etik normaları gözləməli və tədris mühitinə hörmətlə yanaşmalıdırlar".

Elçin Əfəndi vurğulayıb ki, bu qərar və yanaşmalar elə qurulmalıdır ki, bəzi şagirdlər bundan sui-istifadə edərək qəsdən müəllimləri və ya digər nəzarətçi şəxsləri təzyiq altında saxlamasın, onları çətin vəziyyətə salmasın:

"Yəni həm müəllimin hüquqları qorunmalı, həm də şagirdlərin hüquqları balanslı şəkildə təmin olunmalıdır. Yalnız bu halda sağlam, ədalətli və effektiv təhsil mühiti formalaşdırmaq mümkün olar".

Fatimə Cəfərzadə

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36